Gönderi

8/10
·420 syf.··
2025 12. kitabı
·
6 günde okudu
·
Okunma: 09 Kasım 2025 10:56
Hər bir gənc qızın və gənc oğlanın oxumağı lazım olan kitablardan biridir. Bu kitab yaxınlarına görə öz azadlıq və xoşbəxtliyindən məhrum olan bir qadından- Məsumədən bəhs edir. Bütün əsər boyu Məsumənin gücünə, əzminə və səbrinə heyran qaldım. Qadın olmaq əsrlər boyunca çətin olub, hələ də davam edir. Min bir bəla ilə Orta məktəbi oxuması , Universitetə qəbul olması - heyif ki sonra diplom ala bilmədi , o zamana görə maşın iradə edə bilməsi , tək başına 3 uşaq böyütməsi heç kimə qiymətli bir şeymiş kimi görünməyib . Məsumə atasının qızı , qardaşlarının bacısı , Həmidin yoldaşı , uşaqlarının anası kimi qiymətləndirildi hər zaman. Kitabın sonuna həqiqətən kədərləndim . Onları əziyyətlə böyüdən anaya , öz rahatlıqlarını düşünüb, təmiz bir xoşbəxtliyi çox gördükləri üçün kədərləndim. Kitabda mənfi obrazlar mənə daha çox təsir etdi . Çünki həqiqi həyatda da belə insanlar çoxluq təşkil edir.Özü hər cür işi görüb , hansısa qadını günahlandırsın deyə cuzi nəsə axtaran Əhmədi , din adı altında min hoqqadan çıxan Mahmudu , xalqın azadlığı uğrunda canından keçməyə hazır olub , öz balaca xalqına- ailəsinə ədalətsizlik edən, onları yalnız qoyan Həmidi əsər boyunca heç sevə bilmədim. Bir qadının çətinliklərini, pis və ya yaxşı hallarda keçirdiyi hissləri , əzmini , səbrini , yaşadığı bu azadlığı əlindən alınmış həyatı, lakin daxili azadlığını qoruyub saxlamağa çalışmasını ancaq bir qadın bu qədər gözəl ifadə edə bilərdi.
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,402 okunma
·
224 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.
Pervane olmasa Masumenin həyatı çoxdan biterdi(zaten bitmişdi)