·192 syf.··Beğendi
···Okunma: 04 Kasım 2025 03:18 Bu səfər həmkarım, Gənc Yazarlar İttifaqının üzvü olan - Fərid Məhərrəmlinin 'Setralı" kitabı ilə qarşınızdayam. Fantastika, qorxu,dava-döyüş,tarixi roman sevənlərin kitabıdır. İlk öncə qeyd edim ki əsər triologiyadir. 2-3 yaxın zamanda çıxacaq.
Süjet xətti ilə başlayaq:
Ekspozisiya (giriş) - Qeyd edim ki giriş mənim üçün çox qarışıq başlamışdı ta ki aşağıda verilmiş şəkilli izahı görənə qədər. Ondan sonra biraz aydınlaşdı.
Zavyazka (düyün) - kitabda maraq doğurucu hadisələr var idi. Necə olacaq dediyin hadisələr var idi, amma yenə də
Razvyazka hissədə açılacağını gözlədiyim hadisələr deyildi.
Kuliminasiya (pik hədd)- mənə görə kitabın pik həddi Kladiusun vəd olunmuş olmasına inanmayıb onu öldürmək istədiklərində cəhdlərinin boşa çıxması idi.
Razvyazka (düyünün açılması) - mənə qaranlıq qalan bir iki nüans hələ də qalır. Məsələn Zena niyə gəlmişdi? Sonu necə oldu? Niyə Jelkosek Jinjağ və Zenanın yeri bəlli olmadı,sağ olub olmamaqları bilinmədi. Rastın əsl niyəti nə idi? Fagıl öldümü? İzbemin mövqeyi sonda nə oldu? Onu da inşallah Setralı-2 çıxdıqda öyrənirik.
Final (son) - Finalı gözlədiyim kimi oldu. İnşallah ikinci hissədə yuxarıdakı suallar da aydın olacaq.
Kitabda bəyəndiklərim:
Yaradana inanan hər insanın nə qədər qaranlıq insan da olsa bağışlana biləcəyinin,içində ki yaxşı insanın üzə çıxması üçün heç vaxt gec olmamasının vurğulanması;
Qaranlıq dünya ilə işıqlı dünya arasındakı fərqdən bəhs olunması;
Qəddar bir insanın necə Yaradana sığınıb qaranlıqdan qurtulması və.s
Kitabda olan bəzi qüsurlar var idi o da kitabı oxumağa əngəl deyil.
Həmkarıma uğurlar arzu edirəm