Gönderi

Puan vermedi·536 syf.··
2025 37. kitabı
·
8 günde okudu
·
Okunma: 24 Ekim 2025 12:18
Həyatım boyunca fikirlərini dəyişdirməyən, dünyaya tək bucaqdan baxan, böyüdüyü ailənin, mühitin düşüncəsindən kənara çıxmayan, empatiya qura bilməyən insanlardan uzaq qaçmışam. Belə insanlar həmişə məni yorub. Əziz Nitşemin bir sözü var : “Dərisini dəyişməyən ilan ölməyə məhkumdur. Eynilə, fikirlərini dəyişməyən zehinlər də.” Mən bu cümlə haqda çox düşünmüşəm. Bu kitabın haqqında oxuyanda yazıçının avtobioqrafiyası olması və təhsilsizlikdən Harvarda uzanan yolu danışdığı üçün məndə maraq oyatmışdı. Amma kitab bununla bitmirmiş. Tara’nın həm daxili, həm xarici mübarizəsini ən xırda ayrıntıları ilə oxumaq çox xoş idi. Mən çox sevirəm xarakter inkişafı olan kitabları oxumağı. Bu kitab da belə idi. Düşünün, Tara bir vaxtlar saçını belə darasa “əxlaqsız qadın” olacağını, həkimə getsə dindən çıxacağını öyrədən Mormon bir ailədə böyüyüb, lakin oxuduqca, təhsilləndikcə “normal” düşüncəyə malik insana çevrilib. Amma bu yol çox çətin idi. Çox danışmaq istəmirəm, tövsiyəmdir, oxuyun️
TələbəTara Westover · Teas Press · 20224,757 okunma
·
72 Gösterim
1 Yorum
Mütləq oxuyacam
Şərhinizi gözləyəcəm
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.