Gönderi

9/10
·590 syf.··
Beğendi
·
2025 13. kitabı
·
21 günde okudu
·
Okunma: 15 Kasım 2025 01:56
lizel və maksın qəlbimdə açdığı kiçik pəncərədən yazmaq istədim. hərdən həyat adamın üstündən elə keçir ki, nə sevinc yadında qalır, nə də kədər. sadəcə yorğunluq. lizel və maksın dostluğu da belə bir yorğunluğun içində tapılan balaca işıq kimiydi. onların münasibətində nə müharibə var, nə aclıq, nə də siqnal səsləri. iki insan, iki yaralı uşaq — heç kim onlara “yaşamaq belə olur” demədiyi üçün, yolu özləri tapmalı idilər. biri sətirlərə sığınıb nəfəs alırdı, o biri isə sətirlərin arasında gizlənib sağ qalırdı. lizel maksa kitab oxuyanda, sanki otağın havası bir anlıq dəyişirdi, qaranlıq elə qaranlıq qalırdı, amma nəfəs almaq bir az asanlaşırdı. maksın o şəkillərlə qarışıq hekayələrini oxuyanda hiss edirdim ki, adam öz içindəki ağırlığını səhifələrə sıxıb oradan çıxmağa çalışır. ən çox xoşuma gələn isə o idi ki, onların dostluğu heç vaxt “böyük sözlər” istəmirdi. heç biri digərini xilas etmək iddiasında deyildi. heç biri qəhrəman deyildi. sadəcə iki insan var idi və bir-birlərinin yanında dağılıb getməməyə çalışırdılar. məncə, bu dünyada bundan daha real, daha səmimi dostluq yoxdur. bəzən deyirik, “kaş biri olardı, mən susanda anlayardı.” lizel və maks bir-birinə qarşı o “kaş”ın gerçəyə dönmüş halı idilər. bu kitabla həyatımın ən uyğun anında tanış oldum, halbuki onu mənə hədiyyə edən insan məni tanımırdı belə, amma yenə də, necə oldusa, beynimdə dolaşan sualların cavabını tapa biləcəyim bir dünyanı açdı qarşıma, o dünyaya düşüb nəfəs almaq isə sözün əsl mənasında zövq idi
Kitab OğrusuMarkus Zusak · Qanun Nəşriyyatı · 201814,5bin okunma
·
56 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.