liria

@zuleyxanuriyevaa·
·
sabitlendi
Deyirlər, kitablar oxunduqca yaşayır. Biz isə inanırıq ki, kitablar həm də yaşada bilir... 🧡 Mən 'Leykemiya ilə Mübarizə' İctimai Birliyinin könüllüsü olaraq sizə çox önəmli bir çağırış etmək istəyirəm. Hazırda xərçənglə mübarizə aparan balaca qəhrəmanlarımıza dəstək olmaq üçün xeyriyyə yarmarkasına hazırlaşırıq. Yarmarkada quracağımız kitab stendi üçün kitab ianəsi toplayırıq. İndi rəfinizdə toz basan o macəra romanı, sevdiyiniz şeir kitabı bəlkə də bir uşağın müalicəsi üçün lazım olan dərmana çevriləcək. Məqsədimiz rəflərdə qalan kitabları şəfaya çevirməkdir, ianə etdiyiniz kitablar yarmarkada satışa çıxarılacaq və əldə olunan bütün vəsait birbaşa uşaqların müalicə və sağlamlıq ehtiyaclarına xərclənəcək. Gəlin, oxuduğumuz hekayələrlə bir uşağın həyat hekayəsini dəyişək! 🧡 Əgər siz də kitablarınızın sadəcə rəfləri deyil, uşaqların gələcəyini bəzəməsini istəyirsinizsə, dəstəyinizi gözləyirik, əlaqə nömrəmiz: 051-561-99-17
Reklam

liria

, bir kitabı okumaya başladı
Brian Tracy
8/10 · 1.610 okunma
5/10
·160 syf.··
2026 46. kitabı
·
9 saatte okudu
·
Okunma: 10 Haziran 2026 22:03
"-Sənin bədbəxtliyin orasındadır ki, gələcəyini görə bilmirsən. - Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik. Bir qədər susaraq əlavə etdim: - Gələcək isə, həyat deməkdir. Ona göre də, biz ayrılmalıyıq. Sağ ol! Mən çamadanı götürüb qapıdan çıxdım" bu cümlələr kitabın son sətirləridir, ümumiyyətlə situasiyalarla bağlı başıma gələnləri bölüşməyi sevirəm, sırf bu cümlələrin reallığına keçən il varmışam, bir rəfiqəmin münasibəti var idi və mən heç dəstəkləmirdim, nə qədər dil tökdüm, o, bu, nəticə olaraq mənə çevrilib dedi ki, bilirsən mən niyə bu münasibətdən əminəm? dedim, niyə? dedi çünki biz gələcəyə eyni gözlə baxırıq, xəyallarımız eynidir, eyni şeylərə görə mübarizə aparırıq və mən bu gələcəyə onunla addımlamaq istəyirəm, o an etibari ilə susdum, həqiqətən bunun necə doğru olduğunu düşündüm, eyni yerə addımlamırsınızsa bir yerdə yola çıxmağınızın nə mənası? p.s. evləndilər
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0742 okunma

liria

, bir kitap okudu
5/10
·160 syf.··
9 saatte okudu
·
2026 46. kitabı
İlyas Efendiyev
8/10 · 742 okunma
10/10
·424 syf.··
Beğendi
·
2026 45. kitabı
·
30 günde okudu
·
Okunma: 26 Mayıs 2026 20:22
kitab məni yerdən yerə vurdu, ikinci dəfə oxumağıma rəğmən ilk oxumamda(9-cu sinif) heç nə başa düşmədiyimin fərqinə vardım, hər cümləsinin altından xətt çəkmək istəyirdim, hətta o qədər mənə toxundu ki, psixoloqa getməyə başladım, bütün xatirələrim gözümün önündən keçdi, oxuduğum ən yaxşı azərbaycan ədəbiyyatlarından biri idi, mütaliə müddətində dəhşət zövq aldım, əhsən
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,802 okunma
Reklam