Gönderi

290 syf.
·
Puan vermedi
·
5 günde okudu
Qarabağ xanlığının tarixindən bəhs edən tarixi roman. Əsərdə İbrahimxəlil Xan və Molla Pənah Vaqif əsas obrazlardandır. Və onlar birlikdə Qarabağ xanlığını iki od arasında İran və Rusiya arasında ayaqda tutmağa çalışırlar. Real tarixi hadisələr əsasında yazılmış bir əsərdir. Yazıçı bu əsəri yazmaq üçün uzun müddət kitabxanlarda tədqiqat işi aparmış, bədii fırçası ilə tarixə rəng qatmış və oxuculara təqdim etmişdir. Əsərdə ən çox diqqətimi çəkən yazıçının insanın nə etsə mütləq qabağına çıxacağını göstərməsidir. Bunu istər Ağa Məhəmməd şah Qacar, istər Molla Pənah Vaqif, istərsə də Məmməd bəyin timsalında görmək olur. Ən sonda Molla Pənah Vaqifi öldürməyə aparanda oğlu Qasım deyirki, sən necə bu yoldan insanları keçirmisən indi də sən keçirsən. Yazıçı karmanın dönüb dolaşıb gəlib insanı tapa biləcəyini, etdiklərinin bədəlini ödəməyə məcbur olacağını göstərməyə çalışıb. Tarixi sevənlər üçün gözəl əsərdir.
İki Od Arasında
İki Od ArasındaYusuf Vezir Çemenzeminli · Hədəf Nəşrləri · 2013135 okunma
·
176 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.