10/10
·336 syf.··
Beğendi
·
2025 33. kitabı
·
6 günde okudu
·
Okunma: 17 Kasım 2025 16:49
Rövşən Abdullaoğlunun bir möhtəşəm əsərini də oxuyub,bitirdim: Koramal. Oxuduqca içimdə qarışıq hisslər dolaşdı.Müharibənin dəhşətləri, düşmənə qarşı kin və nifrət, eyni zamanda vətənimizin qəhrəman oğullarına duyduğum qürur. Düşünürdüm, bunu oxumaq belə çətindirsə, onu yaşayanlar,müharibənin dəhşətli izlərini daşıyanlar,necə dözüblər? Başı bəlalı Azərbaycan xalqı nə zülmlər görüb, necə namərd düşmənlərlə vuruşub. Biz isə uşaqlıqdan bu faciələri eşidərək, düşmənə yalnız nifrət hissi bəsləyərək böyümüşük. Və çox şükür, qələbəni də gördük. Azərbaycanın mərd oğulları sayəsində, hər nə olsa da vətən uğrunda məğrur döyüşən, düşmənin gözünə dik baxan igidlərimiz sayəsində. O oğullar var olduqca, bu vətən sarsılmazdır. Bu əsər,həm də müharibənin insan həyatında, cəmiyyətimizdə və nəsillərimizdə qoyduğu dərin izləri göstərir. Kitab oxuyana düşünmək, hiss etmək və vətənə daha da bağlı olmaq hissi verir. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Qanı, canı naminə vətəni qoruyan igidlərimizi heç vaxt unutmayacağıq. Koramal Rövşen Abdullaoğlu
1000Kitap
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0205 okunma
17 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.