10/10
·384 syf.··
Beğendi
·
2025 17. kitabı
·
10 günde okudu
·
Okunma: 12 Kasım 2025 01:32
Salam . Rövşən Abdullaoğlu qələmindən oxuduğum 4-cü kitab olan "Abaddon" əsərinin təhlilini sizinlə bölüşürəm: Əsər 2018-ci ildə yazılmışdır. Psixoloji, detektiv janrdadır( mənə görə bu janrın ən gözəl nümunələrindən biri oldu). Əsərin süjetinin inkişafı, təsvirlər sırf sanki əsərdə bir obrazmışsınız kimi sizi əsərin içinə alır. Hadisələr o qədər real şəkildə təsvir olunmuşdur ki, obrazlara bağlanmamaq, onlarla empatiya qurmamaq imkansızdır. Əsərdə müəllifin əsas seçdiyi mövzu isə "insanın özünü necə tapması"-dır. Əsər daha çox intellektual-psixoloji yönü ilə diqqət çəkir. İnsanın bitməyən daxili mübarizəsi, tənəzzülə və təkamülə aparan amillər çox mükəmməl izah olunmuşdur. Romanın bəzi hissələrində psixoloji travmaların nəticəsində müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğu görürük. Hadisələr İrlandiyanın Kork şəhərində baş verir. Həmçinin bu şəhər məşhur Titanik gəmisinin ilk və son dəfə yola salındığı şəhərdir. Kork şəhərində bir qatil bənzər əlamətlərə məxsus qadınları öldürür( boyunlarında iki xal olanları, xüsusilə). Əvvəllərdə sanki onları qurban verirmiş kimi başa düşürük, amma sonra hadisələrin daha qarışıq olduğunu görürük. Abaddon ölüm tanrısıdır. Amma kin, nifrət, ölüm, bütün mənfi hisslər, bunların hamısını içimizdə yaradan şeytan deyil, elə insan özüdür. Əsərin davamında Abaddonu və digər obrazları daha yaxından tanıyırıq, həmçinin özümüzü də. Əsərin sonu mənə xüsusi ilə təsir etdi(tərs köşe idi). Əsərdə vətənə, milli-mənəvi dəyərlərə bağlılığın da öz əksini görürük. Həmçinin din mövzusuna aid də maraqlı dialoqlar var idi. Mən əsəri çox bəyəndim .
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024764 okunma
·
42 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.