Kimyagər” Paulo Coelhonun ən çox sevilən əsərlərindən biridir. Oxumağa ilk başlayanda kitabın mövzunu təqdim etmə forması mənə çox sadə görünmüşdü. Lakin irəlilədikcə anladım ki, bu sadəlik hər səhifədə insana daha dərin təsir edərək həyat fəlsəfəsini izah edir.
Kainat, enerji və arzulama kimi mövzuların bu qədər gündəmdə olduğu bir dövrdə kitab insanı motivasiya edir. Yolun qarışıqlığı bizi qorxutmasın,düşündüyümüzdən fərqli istiqamətlərlə getsək belə, nəticədə arzularımız reallaşacaq. Arzulamaq bizim işimizdir, o arzuya çatmaq üçün gedəcəyimiz yolu isə kainat hazırlayır.
“Axı piramidalar çox gözəldir; onları görməyə dəyər.”