·144 syf.····Okunma: 19 Kasım 2025 15:58 Dəyərli yazıçımız Cəfər Cabbarlının daha öncə "Sevil" əsərini də oxumuşdum. Yazıçı hər iki əsərində dövrün düşüncələrini, qadınlara münasibət və cahilliyin həddini bizə çox gözəl çatdırır. "Almaz " pyesində baş obrazımız Almaz oxuduqdan sonra geri döndüyü kəndinin inkişafı üçün, qadınların haqlarını əldə etməsi daha doğrusu qadınlara insan kimi davranılması üçün mübarizə aparır. Ancaq bu mübarizə gözlədiyindən daha çətin olacaq.
Məncə Almazın tələskənliyi, insanların haqqı, doğruları sadəcə onun nitqini dinləyərək qəbul edəcəklərini düşünməsi yanlış idi. Hər şeyi bir anda etməyə çalışması, onlara doğruları onların dili ilə izah etməməsi onu daha da çətinə salır. İlk görməli olduğu iş kəndlilərin çəkinməyəcəyi, qaçmayacağı yolla həll etməli idi. O isə kəndə döndükdən sonra dərhal hər şeyi, hər kəsi dəyişdirə biləcəyini düşünür. Bu səbəbdən də xilaskar kimi yox, zərər verən biri olaraq qəbul edilir.
Əsərdə diqqətimi çəkən digər məqam isə insanların dini onlara sərf etdiyi kimi anlaması, oxumadan, anlamadan özü faydaları üçün istifadə etməsidir. Üzərindən illər keçsə belə, eyni hal bugün də yaşanır. Dini öz xeyrinə istifadə edən, ətrafa elə başa salan insanlar saymaq bitməz. Ən böyük təəssüf hissi elə burda yaşanır. Hələ də sadəcə dini yox, bir çox məsələləri araşdırmadan, bilmədən, sadəcə eşitdikləri ilə ya da özlərinə uyğun formada qəbul edən insanlar olduqca inkişaf etmiş sayılmarıq