Hekayədə pedofil Humbertin və qurbanı Lolitanın həyatlarını oxuyuruq. Diqqətimi çəkən əsas hissə isə Nabokovun məsələlərə Freyd kimi yanaşmasıydı. Travma, süur altı, psixoanalizin dərin qatlarına incə şəkildə toxuna bilib. Əsər sürətli getməsə də axıcı və düşündürücüdür. Obrazlar özünü inandıra bilir. Xüsusən Humbertin psixoloji durumu çox dolğun göstərilib. Lolitada bəzi axsaqlılar olsa da əsərin dəyərinə təsir etmədiyini düşünürəm.