Puan vermedi·304 syf.··
2025 18. kitabı
Salam, axşamınız xeyir . Bu gün sizinlə David Eaglemanın “Incognito – Beynin Gizli Həyatı" kitabı haqqında fikirlərimi bölüşəcəm. Bəzən elə olur ki, bəzi davranışlara vərdiş edirik. Bunların sadəcə vərdiş olduğunumu düşünürsünüz? Davranışlarımızın, əslində, bədən adlı bütövümüzdə "aysberqin görünən tərəfi" olduğunu heç düşünmüsünüzmü? İnsanın davranışlarının böyük hissəsini şüur deyil, beynin “kölgədə işləyən” şüursuz sistemləri idarə edir. Yəni özümüzü idarə etdiyimizi, şüurlu şəkildə etdiyimizi düşündüyümüz hərəkətləri etmək üçün biz əvvəlcədən "proqramlaşdırılmışıq". Eagleman göstərir ki, biz özümüzü “şüurlu qərar verən varlıq” kimi hiss etsək də, beyin daim pərdə arxasında fəaliyyət göstərir və biz çox şeyi sonradan “özününküləşdiririk”. Kitab həm neyrobiologiya, həm psixologiya, həm də fəlsəfə elementlərini özündə birləşdirmişdir. İndi isə gələk əsər haqqında ümumi fikirlərimə. Eagleman şüuru “okeanın səthindəki balıqçı qayıq” kimi təsvir edir. Biz yalnız hazır qərarları hiss edirik, prosesləri isə yox. Biz bir şeyə qərar verənə qədər beynimizdə milyonlarla gizli proses gedir. İnsan davranışının böyük hissəsi avtomatikdir. Gəlin kitabda söhbəti gedən "vərdiş" məsələsinə diqqət yetirək. Kitaba görə insan davranışının 95%-i vərdişlərdən gəlir. Bu məsələ ilə bağlı gəlin bir məqama nəzər yetirək. Hamımızın təkrar-təkrar eşitdiyi "təkrar biliyin anasıdır" cümləsi, əslində, çox doğrudur. Təkrar sinir əlaqələrini gücləndirir, beləliklə, bir şeylər öyrənməyə vərdiş yaranır. Azad iradə və məsuliyyət məsələsi kitabdakı ən maraqlı fəlsəfi hissələrdən biridir. İnsan bəzən genetik faktorlar, travma, nevroloji xəstəliklər nəticəsində qeyri-normal qərarlar verə bilir. Əgər insan davranışını beyin idarə edirsə, o zaman verilən səhv qərarların günahı kimdədir? Eagleman təklif edir ki, insanların bəziləri davranışına görə “məsuliyyətli”, bəziləri isə “az məsuliyyətli” ola bilər. Yəni normal psixologiyası olmayan insan, tutaq ki, şizofreniya xəstəsi olan bir insan etdiklərinə görə günahkar hesab olunmur. Çünki etdiklərinin fərqində deyil. Bir insan normal "qidalanmamış" beynin verdiyi səhv qərarların qurbanıdır. Kitabı oxuduqdan sonra bəzi məna verə bilmədiyim, davranışlarımı daha yaxşı analiz etdim. Çox qəşəng bir əsər idi. Sadəcə nisbətən elmi dildə yazıldığı üçün adi bədii ədəbiyyat oxuyucularına ola bilər ki, dili bir az axıcı gəlməsin. Mən oxudum çox bəyəndim.
Incognito - Beynin Gizli HayatıDavid Eagleman · Domingo Yayınları · 20138,1bin okunma
·
28 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.