Puan vermedi·272 syf.··Beğendi
···Okunma: 26 Kasım 2025 00:00 David Eagleman bu kitabda insan beyninin necə işlədiyini, kimliyimizin necə formalaşdığını, qərarlarımızın, hisslərimizin və davranışlarımızın neyrobioloji əsaslarını izah edir. Kitabın dili sadə olduğundan oxumaq olduqca rahatdır. Kitabı bəzi fikirləri istisna olmaqla sevdim. Maraqlı, ən əsası düşündürücü kitabdı. Əla suallar qoyub ortaya, səni araşdırmağa sövq edir. Bu xüsusiyyət bir kitab da ən dəyər verdiyim şeylərdən biridir.
Kitab 6 fəsildən ibarətdir:
1-ci fəsil: Mən kiməm?
Bu fəsildə David Eagleman əsasən kimliyimizin necə formalaşdığını araşdırır. Beynimizdəki neyronlar onlar arasındakı əlaqə, genetik faktorlar və həyat təcrübələrimiz şəxsiyyətimizi necə qurur? Hətta burda çox maraqlı bir hadisəyə toxunur: Charles Whitman adlı bir şəxslə bağlı. Bu hadisə göstərirki kiçik bir fiziki dəyişiklik davranışımızı necə köklü dəyişə bilər. David Eagleman qeyd edir ki, Bizim “mən” dediyimiz şey sabit deyil, beyinin vəziyyətindən asılıdır. Eagleman dən fərqli olaraq mən “mənlik” anlayışını BEYİNLƏ əlaqələndirMİRƏM. Düşünürəm ki, Mənlik daha dərin bir qatdır və sırf fiziki sistemlə( neyronlarla) izah edilə bilməz. Bu, daha çox ruh və şüurun maddi olmayan tərəfi ilə bağlıdır. Yəni, beyin təcrübələri daşıyan alətdir, amma “mənlik” deyil. (Daha çox danışmaq olar... ) Sadəcə onun dəyişikliyə məruz qalması hissəsinə QATILIRAM. Məndə düşünürəm ki, ruh(mənlik) daim inkişaf edir və kamilləşir. Yəni o SABİT DEYİL, daim inkişaf edir.
2-ci fəsil: Reallıq nədir?
Bu fəsil ən çarpıcı olanlarından biri idi. Burda izah olunur ki, reallıq dediyimiz şey beynimizin yaratdığı bir modeldir. Göz, qulaq və digər hisslər sadəcə məlumat toplayır, amma beynimiz bu məlumatları şərh edərək “reallıq” yaradır. Burada nümunə kimi illuziyalardan və zaman hissindən danışılır. Məncə hər birimiz vermişik bu sualı: niyə bəzən zaman sürətli, bəzən yavaş keçir? Cavabı Eaglman dən eşidək- onun fikrincə beyin hadisələri yaddaş sıxlığına gprə qiymətləndirir, əgər müəyyən zaman əzrində çox proses, hadisə baş verirsə və əgər bu hadisələr zamanı yüksək stress, adrenalin yaşamısınızsa bu zaman zaman ”yavaşlayır” çünki beyin çox məlumat emal etməli olur. Qatılmadığım məqam reallığı şəxsi təcrübəyə bağlayıb deyir ki, hər kəsin reallığı fərqlidir. REALLIQ OBYEKTİVDİR- biz o reallığı qavrayırıq amma tam mahiyyətini dərk edə bilmirik ( yenə bu mövzu özlü ölüyündə geniçdi deyə çox danışmayacam)
3 cü fəsil: Nəzarət kimdədir?
Bu fəsildədə geniş formada azad iradə varmı ? Sualı ətrafında danışılıb.
4 cü fəsil: Necə qərar verirəm?
Bu hissədə artıq həqiqətən bir daha əmin oldum”Beyin fövqaladə bir şeydir. Hətta möcüzənin özüdür” deməli bizim üçün çox sadə görünən proseslərin arxasındakı mexanizm o qədər mürəkkəbdir ki sadəcə vau… və bizim möhtəşəm beynimiz adi çay içmək və ya dondurma dadı ilə bağlı seçim edərkən arxada neyronlar bir birilə çarpışır, kompleks hesablamalar gedir və buna sərf olunan enerji təsəvvür edin bu qədər mürəkəb prosesə sərf olunan enerji çox olduqca çox az imiş. Və daha nələr nələr…
5 ci fəsil: Kimə ehtiyacım var?
Burda əsas sual budur ki, beyin sadəcə fiziki ehtiyacları ödənməklə yəni , qida, hava sudan əlavə nəyə ehiyac duyur? Təbiiki insanlara.
“Çox vaxt nəyinsə dəyərini başa düşmək üçün ən yaxşı yol dünyanın onsuz necə olacağınl görə bilməkdir” Maraqlı bir neçə nümunə ilə insan təkliyə həbs olunduqda nələr baş verir geniş izah edir. Bir müddətdən sonra artıq xəyyalar qurmağa başlayırsınız, ardınca yenə yenə xəyallarınızda yenidən dünyaya gəlirsizniz yaşayırsınız bu beləcə loop kimi davam edir. Qısaca həmişə dediyimiz kimi İnsanlar sosial heyvanlardır… Çevrəmiz, və digər insanlar olmadan yaşamaq həqiətən insan övladı üçün olduqca çətin bir sınaq olar. Bu fəsildə həmiçin “güzgü əksetməsi” kimi maraqlı konsepsiyadan danışıb.(Evli cütlüklər niyə bir müddət sonra bir birinə bənzəməyə başlaylr? Bu haqqda araşdırmadır). Daha sonra irqçilik meyilləri, yadlar və doğmalar və nifrət psixologiyasını izah edib. Propaganda və manipulasiya ilə insanlarln davranışlarını necə dəyişmək olur? Beyinizmidə biz və onlar bölgüsü yaradaraq dehumanizasiya edirlər və soyqlrım kimi faciəvi hadisələri törətmək artıq insanlar üçün sadə qisas kimi görünür
6 cı fəsil: Kimə çevriləcəyik
Ən əla hissə) Əsas ideya budur ki: beynimiz plastikdir yəni dəyişə bilir, yeni məlumatlara uyəunlaşır və yeni hisslər qazanır. Və Eaglman deyir ki, biz artıq beş hisslə məhdudlaşmalı deyilik. Texnologiya vasitəsi ilə hisslərimizi genişləndirə bilərik. Necə? Xüsusi sensorlar, titrəyişlər vs vasitəsilə.
Əslində mənə maraqlı gələn som ideyaları idi: Simulyasiya yaradılması, uzaq məsafələrə bizlərin simuliyasyalarımızın göndərilməsi, ölümümüzdən sonra simuliyasıylarımızın dirilməsi( qulağa qorxunc səslənir) vs. İdeyalar fantastikdi və bilmirəm əlaqələri olub yoxsa yox “Matrix” adlı filmi xatırlatdı mənə. Eaglman hətta belə bir argument gətiri ki, gələcəkdə beyin komputer interfeysləri ilə insanlar virtual dünyada(dünyalarda) tam hisslərlə iştirak edə biləcək. Maraqlı ideyalardı amma reallaşarmı? Bax bu zaman dəhşət suallar çıxacaq ortaya “Kim insan sayılacaq?” Çünki texnologiya ilə gücləndirilmiş və formalaşdırılmış insan normal insan kimi qəbul ediləcəkmi?
Bu fəsilin ideyaları” Brain in vat” theoriyalarına dəhşət bənzəyir. Tövsiyyə edirəm bu barədə araşdırasınız. Amma açıq fikir və düşüncəylə. Görəcəksiniz ki, bütün bu ideyalar( materialist reduksionist nəzəriyyələr) insanın mahiyyətini necə kiçildir,onu hər cür mənəvi və ruhani səviyələrdən məhrum edib bioloji mexanizm (input-output maşını deyək) kimi qiymətləndirir. İslamın ucaltdığı, ali mərtəbəyə çatmaq, yüksələmək iqtidarındakı insanı sadəcə beyinin və içindəki kodların məhsulu halına gətirir.
Bəli bizim dinimiz İslam insanı kainatdakı xüsusi və ali bir varlıq kimi təsvir edir…
Son olaraq : Oxuduqca insan olaraq yaradılış möcüzəsini daha dərindən anlamağa, xatırlamağa, nə qədər az şükür etdiyimizin fərqinə varmağımıza , mənəvi məsuliyətlər, seçimlərimizin necə dəyərli olduğunu dərindən düşünməyə vadar edir…
Oxumağa dəyər