Gönderi

9/10
·328 syf.··
2025 12. kitabı
Vulf Dornun Azərbaycan dilinə çevrilmiş bütün əsərlərini oxumuşam və etiraf edirəm ki, müəllifin qələminə hər dəfə bir az daha heyran qalıram. Onun hekayələrindəki psixoloji dərinlik, insan zehninin qaranlıq tərəflərinə təsir etmə tərzi oxucunu həm sarsıdır, həm də düşündürür. “Travma” da istisna olmadı. Kitabdakı hadisələr və yaşanan gərginlik o qədər real təsvir olunub ki, oxuyarkən insanın içində ağırlıq, hətta baş ağrısı yaradır – elə bil qəhrəmanla birgə o travmanı daşıyırsan. Bu dəfə məhz sonluq mənə fərqli gəldi: dəqiq bir nəticə yox idi və sanki müəllif son qərarı oxucunun özünə buraxmışdı. Ümumilikdə isə çox axıcı, bir günə belə rahatlıqla oxunub bitiriləcək əsərdir.
1000k
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,829 okunma
·
26 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.