Əsər bir çox yerdə sevgi romanı kimi tanına bilər.Amma bu əsərdə insanın xarici görünüşünə görə alçaldılması, sinif fərqi, ədalətsizlik, həmin dövrdə sənətə baxış və daha bir çox mövzu ətraflı şəkildə işlənir.
Əsərdə göstərilir ki,insanın dəyəri görünüşündə deyil, ürəyindədir,cəmiyyət çox vaxt ədalətsizdir,xəstə ehtiras insanı da, başqalarını da məhv edə bilər,təmiz sevgi isə fədakarlıq deməkdir.
Bunu da xüsusi olaraq qeyd etməliyəm ki, oxuyanda ilk iki yüz səhifədə əsəri yarımçıq qoymamaq üçün özümü çox zor saxladım. Çünki ilk səhifələrdə Paris və onun memarlığını o qədər geniş təsvir edirdi ki, sanki yazıçı bizi addım-addım Parisin küçələrində gəzdirirdi. İki yüz səhifədən sonrakı hissə isə su kimi axıb getdi. Əsəri bitirdikdə isə “yaxşı ki, oxumuşam” dediyim bir kitab oldu.