Bu kitabı Albert Camusun yadlaşma fəlsəfin oxuyandan sonra daha yaxşı başa düşə bilərsiniz.
“Bir səhər Gregor qəribə yuxudan ayıldı və özünü nəhəng böcəyə çevrilmiş gördü.” Bu başlanğıcı oxuyanda çox adam sadəcə kitabın böcəyə çevrilmiş insan haqqında yazılmış mənasız kitsb olduğun düşünür. Halbuki kitab bizə fiziki çevrilmə altında psixoloji çevrilmədən danışır.
Gregor oyanır, artığ insan bədənində deyil amma onu narahat eliyən bu deyil ailəsinin və müdürünün bu halı necə qarşılayacağıdır.Çünki Gregor ailəsinin bütün maddi yükünü öz üzərinə götürmüşdü və iş təbii ki onun üçün vacib idi. Lakin Gregor nə qədərr çalışsa da ailəsi üçün gəlir mənbəyindən başqa heçnə deyildi. Gregorun ana və atası onun böcəyə çevrildiyini görəndə onu qəti şəkildə qəbul etmədiklərini bildirdilər ama bacısı Gregora baxacağını dedi çünki onların arasında dərin bağlılıq vardı. Amma bu sadəcə 1-2 ay çəkdi, və Gregor yan otaqda bacısının “ Bundan azad olmalıyıq” sözlərin eşidəndə onsuzda çökmüş bədəni , psixolojiyası daha da çökdü və səhərisi gün öldü. Bundan dərhal sonra isə ailəsi maddi vəziyyətini yaxşılaşdırıb həyatına davam etdi.
Əsərdə kapitalist sistem , bu sistem tərəfindən əsarətə alınmış insanların həyatı təsvir olunub. Yəni, əgər bu sistemdə insan olmağa kiçik bir ara versəniz, kiçik bir böcək olarsınız və ailəniz daxil heç kim sizi sevməz, istəməz və tiksinər. Məncə bu kitabı Kafka kimi heç kəs mükəmməl yaza bilməzdi çünki Kafka heç vaxt “ İnsanlar məni anlasın” düşüncəsiylə kitab yazmayıb. Hansı ki Müasir yazıçıların ən böyük problemi budur hal hazırda. Kafka yazdığı əsərləri gün üzünə çıxarmayıb , o dünyasın dəyişəndən sonra dostu Max çap etdirib hər birini. Heç kimin oxumacağını düşündüyü üçün bir növ öz düşüncələrin tam real şəkildə ifadə eliyib