Bu şəhərdə kimsə yoxdur..
10/10
·376 syf.··
Beğendi
·
2025 182. kitabı
Bu kitab haqda deyiləcək çox söz var, əvvəla önyargılı davranıb daha öncədən oxumadığım üçün özümü qınayıram. İndi isə keçim kitab haqda fikirlərimə.. Kitab iki fərqli personajın həyata fərqli pəncərələrdən baxması haqqındadır düşünürəm ki biz o kitabdakı Villi kimi düşünənlərdənik, ancaq kitab bizə böyük bir dərs verir Visam kimi olsaq həyatımızın nece dəyişəcəyini bizə göstərir... Həyatın qanunauyğunluğu belədir: həqiqət obyektiv olsa da, məna tamamilə subyektivdir. Biz real hadisələrə deyil, hadisələrin beynimizdə yaratdığı illüziyalara reaksiya veririk. Bu səbəbdən də, birinin cənnəti digərinin zindanı ola bilər və bu şəhərdə kimsənin olmaması yox, hər kəsin öz "həqiqət" adlı zindanında tək qalması əsas problem idi... Bu kitab mənə çox şey öyrətdi, deyərdimki həyata baxışımı dəyişdi,mütləq şəkildə tövsiyyəmdir oxuyun və oxutdurun .
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,496 okunma
·
18 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.