Şəfiqə Mütəllibli

Şəfiqə Mütəllibli
@Mutellibli
Good books are good friends...
Graphic Designer
Technology teacher
Gabala/Azerbaijan, 10 Nisan 1996
284 okur puanı
Aralık 2020 tarihinde katıldı
3/10
·400 syf.··
Beğendi
·
2026 8. kitabı
Yene bir Elxan Elatlı klassikası )) kitablarının çoxunda bir ailə dağılırsa, cinayət baş verirsə və ya kiminsə həyatı alt-üst olurursa, müəllif bunun səbəbkarı kimi mütləq hansısa qadını göstərir. Ya qadın xəyanət etmiş olur, ya çox pul həvəskarı olur, ya da "sözə baxmır". Bu kitabdada elə idi bu dəfə hədəfi tələbə qızlar idi )) ​ Elxan Elatlı qadın personajlarını yaradanda onlara insan kimi yox, "ya belə olmalısan, ya da sən pissən" prinsipi ilə yanaşır. Müasir, öz ayaqları üstündə duran qadınları mənfi, ailəni dağıdan biri kimi qələmə verir. "Qadın zəifdir, qadın tez yoldan çıxır, qadın mütləq kiməsə tabe olmalıdır". Bu da təbii ki, elə təəssürat yaradır ki, müəllif qadınları aşağılayır və onları iradəsiz varlıqlar kimi görür.. Əgər siz ədəbiyyatda qadın personajların daha dərin, mürəkkəb və ləyaqətli təsvirini görmək istəyirsinizsə, Elxan Elatlının üslubu sizi məyus edə bilər..
ŞantajElhan Elatlı · Teas Press · 0490 okunma
Reklam
8/10
·96 syf.··
Beğendi
·
2026 9. kitabı
Bu əsər Tolstoyun aristokrat həyatından imtina etdiyi, kəndli kimi yaşamağa başladığı və dini-fəlsəfi axtarışlara qərq olduğu dövrdə yazılıb...Hekayənin girişində İncildən gətirilən sitatlar təsadüfi deyil. Tolstoy burada "Tanrı sevgidir" fəlsəfəsini təbliğ edir. Mixailin (mələyin) cəzalandırılaraq yer üzünə göndərilməsi, əslində bir növ "tərbiyəvi" cəzadır. O, insan həyatının çətinliklərini şəxsən yaşayaraq, insanların bir-birinə necə möhtac olduğunu öyrənir.İnsan nə ilə yaşayır? ​ İnsan sevgi ilə yaşayır. Tolstoyun gəldiyi qənaət budur ki, insan özü üçün qayğı çəkdiyi üçün deyil, başqalarının qəlbindəki sevgi sayəsində ayaqda qalır. Bir körpəni yaşadan yalnız süd deyil, ona göstərilən sevgidir... Bizi yaşadan topladığımız mal-dövlət deyil, bir-birimizə bağlandığımız görünməz mənəvi bağlardır... Həyatda ən böyük zənginlik planlarımızda deyil, vicdanımızdadır. Tolstoy deyir: "Həyatın mənası özünü doyurmaqda deyil, başqasının acısını hiss edə bilməkdədir." Əgər bu gün hələ də nəfəs alırıqsa, bu, haradasa kiminsə bizə olan sevgisi sayəsindədir..
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024233,8bin okunma
8/10
·96 syf.··
Beğendi
·
2026 9. kitabı
Lev Tolstoy
8.3/10 · 233,8bin okunma
3/10
·400 syf.··
Beğendi
·
2026 8. kitabı
Elhan Elatlı
7.4/10 · 490 okunma
Reklam