Bu əsər Tolstoyun aristokrat həyatından imtina etdiyi, kəndli kimi yaşamağa başladığı və dini-fəlsəfi axtarışlara qərq olduğu dövrdə yazılıb...Hekayənin girişində İncildən gətirilən sitatlar təsadüfi deyil. Tolstoy burada "Tanrı sevgidir" fəlsəfəsini təbliğ edir. Mixailin (mələyin) cəzalandırılaraq yer üzünə göndərilməsi, əslində bir növ "tərbiyəvi" cəzadır. O, insan həyatının çətinliklərini şəxsən yaşayaraq, insanların bir-birinə necə möhtac olduğunu öyrənir.İnsan nə ilə yaşayır?
İnsan sevgi ilə yaşayır. Tolstoyun gəldiyi qənaət budur ki, insan özü üçün qayğı çəkdiyi üçün deyil, başqalarının qəlbindəki sevgi sayəsində ayaqda qalır. Bir körpəni yaşadan yalnız süd deyil, ona göstərilən sevgidir... Bizi yaşadan topladığımız mal-dövlət deyil, bir-birimizə bağlandığımız görünməz mənəvi bağlardır...
Həyatda ən böyük zənginlik planlarımızda deyil, vicdanımızdadır. Tolstoy deyir: "Həyatın mənası özünü doyurmaqda deyil, başqasının acısını hiss edə bilməkdədir." Əgər bu gün hələ də nəfəs alırıqsa, bu, haradasa kiminsə bizə olan sevgisi sayəsindədir..