Şəfiqə Mütəllibli

Şəfiqə Mütəllibli
@Mutellibli
Good books are good friends...
Graphic Designer
Technology teacher
Gabala/Azerbaijan, 10 Nisan 1996
284 okur puanı
Aralık 2020 tarihinde katıldı
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
"Mən kitabı yox, kitab məni bitirdi.".. ​Rövşən Abdullaoğlunun qələmiylə tanışlığım gecikdiyi üçün həqiqətən təəssüflənirəm. Bu, oxuduğum ikinci əsəri olsa da, müəllifin nə qədər qüvvətli və dərin bir qələmə sahib olduğunun bir daha şahidi oldum. O, sadəcə kitab yazmır bir-biriylə harmoniyada birləşən psixologiya, fəlsəfə və tarixi mövzuları əlaqələndirir.​Romanın əsas ağırlığı müharibənin dəhşətinin insan ruhu və psixikası üzərindəki dağıdıcı təsirinə həsr olunub. Müəllif hadisələri o qədər canlı və dərindən əks etdirir ki, oxucu obrazların yaşadığı ağrıları, itkiləri və daxili mübarizələri sanki öz içində hiss edir. Müharibənin qanlı səhnələri, qəhrəmanların məruz qaldığı psixoloji sarsıntılar və yaşamaq uğrunda apardıqları mübarizə olduqca ustalıqla təsvir edilmişdir..Kitabın ən cəlbedici tərəflərindən biri də fərqli dövrlərə və düşüncələrə dair tarixi rəngarəngliyi oxucunun qarşısına qoymasıdır. Roman bu mövzuları adi bir məlumat xarakteri daşımaqdan çıxararaq, onları süjetin toxumasına elə gözəl şəkildə qatır ki, oxucu həm bədii zövq alır, həm də ətraf aləm və insanın yeri haqqında dərindən düşünməyə vadar olur.​Bu kitab birnəfəsə, böyük həyəcanla oxunur. Süjetin dinamikliyi və dilin axıcılığı sizi hekayənin içindən ayrılmağa qoymur.Kitabın hər bir anı sizi emosional dönüş nöqtəsinə aparır, zövqlə oxudum çoooooox bəyəndim. #OxuyunOxutdurun ​
​"Bəzi hekayələr bitməz, sadəcə forma dəyişdirər... Onlar qəlbimizdə bir sızıltı, həyatımızda isə böyük bir boşluq buraxar... Jojo Moyes-in "Səndən Sonra Mən" kitabı, məhz belə bir boşluğun içində dayanmaqdan, yoxluqla yaşamağı öyrənməkdən bəhs edir. Hərçənd qəbul etməliyəmki bu kitab ilki qədər məni kədərləndirmədi.. ​Baş qəhrəmanımız Lou, sevgilisi Will-i itirdikdən sonra həyatın bütün rənglərinin solduğu bir dünyada nəfəs almağa çalışır. İlk kitabda ("Səndən Öncə Mən") oxuduğumuz o parıltılı, ümid dolu, ürək dağlayan sevgi hekayəsi bitdi, amma Lou-nun hekayəsi davam etməli idi..O, Will-in ona miras qoyduğu ən vacib dərsi – "Yaşa Clark, sadəcə yaşa!" – yerinə yetirməyə çalışımalı idi..Lakin bu, Will-siz həyatda necə mümkündür? Hər addım, hər qərar onun yoxluğunu xatırladır.. ​ Kitab bizə göstərir ki, itki ilə barışmaq bir anda baş vermir, bu ağrılı, geriyə dönüşlərlə dolu uzun bir səyahətdir... Lou-nun həyatına yeni insanlar daxil olur, yeni imkanlar yaranır, lakin qəlbinin bir hissəsi daima o keçmiş günlərin kölgəsində qalır... Bəs nə zaman qırılan qəlb yenidən öz ritmini tapa bilər? Nə zaman insan artıq geriyə yox, irəliyə baxmağı bacara bilər? ​"Səndən Sonra Mən" həyatın gözlənilməzliyini, kədərin içində gizlənən kiçik ümid qığılcımlarını və yenidən sevməyin çətinliyini əks etdirən dürüst bir ayna kimidi.. Bu kitabı oxumaq, öz yaralı qəlbimizə toxunmaq və həyat davam edərkən belə, əbədi sevgilərin ruhumuzda necə yaşamağa davam etdiyini dərk etməyə kömək edəcək.".. #sendensonraben #jojomoyes
"Me Before You​".. "Louisa və Will'in hekayəsi, həyatın sadəcə nəfəs almaqdan ibarət olmadığını, cəsarətlə sevməkdən ibarət olduğunu öyrədən bir romandır. Willin dünyası, bir vaxtlar sahib olduğu o şahanə azadlıq keçirdiyi ağırqəzadan sonra əlindən alınmış yalnız qaranlıq bir otaqdan ibarət idi...Ta ki, o rəngarəng, həyat dolu Lou, qapıdan içəri girənə qədər... ​Will, Louya 'sadəcə var olmaqla kifayətlənmə' cəsarətini aşılamağa çalışır, amma tam tərsi onun Lou dan öyrənəcəyi çox şey var idi: Həqiqi sevgi, kimisə dəyişdirməyə çalışmaq deyil, onun seçiminə hörmət etməkdir; ən çətin, ən ağrılı seçim olsa belə. 'Səndən Əvvəl Mən' bizə ayrılığın belə bir sevgi aktı ola biləcəyini göstərir. Çünki bəzi sevgilər, əbədi davam etmək məcburiyyətində deyil; bəziləri sadəcə, qalan həyatınızı necə yaşayacağınızı öyrətmək üçün gəlir və gedir. Lounun qəlbindəki o kiçik arı döyməsi kimi...sevginin ağrısı qalır..lakin onunla birlikdə pıçıldanan son sözlər də qalır: 'Cəsur yaşa, Clark. Sadəcə yaşa.' "... #sendenönceben