Şəfiqə Mütəllibli

Şəfiqə Mütəllibli
@Mutellibli
Good books are good friends...
Graphic Designer
Technology teacher
Gabala/Azerbaijan, 10 Nisan 1996
284 okur puanı
Aralık 2020 tarihinde katıldı
3/10
·400 syf.··
Beğendi
·
2026 8. kitabı
Yene bir Elxan Elatlı klassikası )) kitablarının çoxunda bir ailə dağılırsa, cinayət baş verirsə və ya kiminsə həyatı alt-üst olurursa, müəllif bunun səbəbkarı kimi mütləq hansısa qadını göstərir. Ya qadın xəyanət etmiş olur, ya çox pul həvəskarı olur, ya da "sözə baxmır". Bu kitabdada elə idi bu dəfə hədəfi tələbə qızlar idi )) ​ Elxan Elatlı qadın personajlarını yaradanda onlara insan kimi yox, "ya belə olmalısan, ya da sən pissən" prinsipi ilə yanaşır. Müasir, öz ayaqları üstündə duran qadınları mənfi, ailəni dağıdan biri kimi qələmə verir. "Qadın zəifdir, qadın tez yoldan çıxır, qadın mütləq kiməsə tabe olmalıdır". Bu da təbii ki, elə təəssürat yaradır ki, müəllif qadınları aşağılayır və onları iradəsiz varlıqlar kimi görür.. Əgər siz ədəbiyyatda qadın personajların daha dərin, mürəkkəb və ləyaqətli təsvirini görmək istəyirsinizsə, Elxan Elatlının üslubu sizi məyus edə bilər..
ŞantajElhan Elatlı · Teas Press · 0498 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
8/10
·96 syf.··
Beğendi
·
2026 9. kitabı
Bu əsər Tolstoyun aristokrat həyatından imtina etdiyi, kəndli kimi yaşamağa başladığı və dini-fəlsəfi axtarışlara qərq olduğu dövrdə yazılıb...Hekayənin girişində İncildən gətirilən sitatlar təsadüfi deyil. Tolstoy burada "Tanrı sevgidir" fəlsəfəsini təbliğ edir. Mixailin (mələyin) cəzalandırılaraq yer üzünə göndərilməsi, əslində bir növ "tərbiyəvi" cəzadır. O, insan həyatının çətinliklərini şəxsən yaşayaraq, insanların bir-birinə necə möhtac olduğunu öyrənir.İnsan nə ilə yaşayır? ​ İnsan sevgi ilə yaşayır. Tolstoyun gəldiyi qənaət budur ki, insan özü üçün qayğı çəkdiyi üçün deyil, başqalarının qəlbindəki sevgi sayəsində ayaqda qalır. Bir körpəni yaşadan yalnız süd deyil, ona göstərilən sevgidir... Bizi yaşadan topladığımız mal-dövlət deyil, bir-birimizə bağlandığımız görünməz mənəvi bağlardır... Həyatda ən böyük zənginlik planlarımızda deyil, vicdanımızdadır. Tolstoy deyir: "Həyatın mənası özünü doyurmaqda deyil, başqasının acısını hiss edə bilməkdədir." Əgər bu gün hələ də nəfəs alırıqsa, bu, haradasa kiminsə bizə olan sevgisi sayəsindədir..
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024234,5bin okunma
10/10
·1724 syf.··
Beğendi
·
2026 7. kitabı
·
53 günde okudu
·
Okunma: 23 Nisan 2026 13:04
Viktor Hüqonun ölməz əsəri olan "Səfillər" dünya ədəbiyyatının ən möhtəşəm və ən çox oxunan romanlarından biri, 1800 səhifəlik əsər və unudulmaz bir səyahət...1862-ci ildə nəşr olunan bu əsərlə məncə Viktor Hüqo fıransız ədəbiyyatını zirvələrə daşıdı.. Roman, XIX əsr Fransa cəmiyyətindəki sosial bərabərsizliyi, yoxsulluğu və ədalət sisteminin çətinliklərini ön plana çıxarır..Bu əsər barədə şərh yazanda çətinlik çəkirəm, çünki hardan başlayım harda bitirim bilmirem o qədər inanılmaz və möhtəşəmdiki her bir seifesi her bir cümlesi həyat dersidi..Hüqo "Sefillər"lə demək istəyir ki, cəmiyyət insanları mühakimə etmək yerinə, onları bu vəziyyətə salan səbəbləri cahillik, yoxsulluq kimi ədalətsiz qanunlararadan qaldırmalıdır. Sevgi və fədakarlıq dünyanı xilas edə biləcək yeganə qüvvədir.Əsərdə ən yüksək məhkəmə insanın öz vicdanıdır. Valjanın hər dəfə seçim qarşısında qalanda məsələn, başqasının yerinə özünü təslim etməsi keçirdiyi daxili sarsıntılar göstərir ki, insan yalnız öz vicdanına sadiq qalanda həqiqətən azad olur.Romanın ən güclü tərəfi "qaranlığın içindəki işıq" axtarışıdır. İstər Jan Valjanın daxili mübarizəsi olsun, istərsə də gənclərin barrikadalardakı inqilabı, Hüqo vurğulayır ki, nə qədər zülm olsa da, azadlıq və daha yaxşı bir dünya üçün mübarizə dayandırılmamalıdır...
Sefiller (2 Cilt Takım)Victor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2025105,5bin okunma
Cinayət və cəza..
10/10
·704 syf.··
Beğendi
·
2026 6. kitabı
·
34 günde okudu
·
Okunma: 25 Şubat 2026 18:56
Fyodor Dostoyevskinin "Cinayət və Cəza" əsəri 1866-cı ildə nəşr olunandan bu yana dünya ədəbiyyatının zirvələrindən biri hesab olunur.Baş qəhrəmanımız Rodion Romanoviç Raskolnikov, Peterburqda yaşayan kasıb bir tələbədir. O, dünyanı iki qrupa bölür: Qanunlara tabe olan, "çoxalmaq üçün material" rolunu oynayan çoxluq. Vəə Napoleonlar yeni bir söz demək naminə qanunları tapdalamağa, hətta "vicdan naminə qana" icazə verən şəxslər.Raskolnikov özünün bu ikinci qrupa aid olub-olmadığını yoxlamaq üçün yaşlı bir sələmçi qadını öldürməyə qərar verir...Kitabın maraqlı tərəfi odur ki, cinayət hadisəsi əsərin lap əvvəlində baş verir. Romanın qalan hissəsi isə Raskolnikovun çəkdiyi mənəvi əzablar, qorxu və özü ilə apardığı psixoloji müharibədən bəhs edir. Dostoyevski göstərir ki, ən ağır cəza hüquqi deyil, insanın öz vicdanı tərəfindən verilən cəzadır..Dostoyevski bir insanın cinayətdən sonra necə dəli həddinə çatdığını o qədər real təsvir edir ki, sanki Raskolnikovun düşüncələrini özü yaşayır..Əgər bu kitabı oxumağı planlaşdırırsınızsa, sizə mütləq Soniya və Raskolnikovun İncil oxuduqları səhnəyə diqqət yetirməyi tövsiyə edirəm – bura əsərin mənəvi dönüş nöqtəsidir...Və ən sonda qeyd etmək isdeyiremki Dostoyevski bu romanı qumar borclarını ödəmək üçün çox qısa müddətdə və böyük maddi çətinliklər içində yazıb. Bəlkə də əsərdəki o gərgin və boğucu atmosferin bir səbəbi də müəllifin öz həyatındakı sıxıntılar olub...
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025194,5bin okunma
1/10
·816 syf.··
2026 5. kitabı
Bunu deməliyəm ki, əgər qadın haqlarını müdafiə edən birisinizsə, bu kitabları qətiyyən əlinizə belə almayın Çünki kitablar qadını aşağılayan, təhqir edən sözlərlə doludur, ən gülməlisidə odur ki, müəllif özüdə bir qadındı... Kitablardakı vəziyyət klassik Stokholm Sindromuna (əsirin özünü qaçıran şəxsə rəğbət bəsləməsi) bənzəyir. Problem ondadır ki, gənc oxucular üçün yazılan əsərlərdə bu vəziyyət bir "xəstəlik" kimi deyil, "böyük bir sevgi hekayəsi" kimi romantikləşdirilib...Cəmiyyətdə qadına qarşı zorakılığın artdığı bir dövrdə, zorakılığı "cool" göstərən, qatili və təcavüzkarı "eşq qəhrəmanı"na çevirən bu növ kitabların ən çox satanlar siyahısında olması çox üzücüdü..Öznur Yıldırımın qələmə aldığı bu kitabda hər cür zorakılıq var və müəllifdə daxil olmaqda bir kütlə bu xarakteri kor koranə müdafiə edir...Oxucu kitləsi 13-18 yaş arası olduğu və çox şeydən xəbərsiz olduqları üçün bu vəziyyətə etiraz etmək əvəzinə, kitabı daha çox seviblər.. Bu yaşda olan uşaqlar oxuduqları obrazları özlərinə ideal seçirlər. Əgər onlar zorakı bir obrazı (Ediz kimi) "cool" və "çətin adam" kimi görüb ona aşiq olurlarsa, gələcəkdə real həyatda da onlara pis davranan insanları "sevgi" bəhanəsi ilə bağışlaya bilərlər. Bu cür kitablar çox vaxt peşəkar redaktə və psixoloji süzgəcdən keçmədən çap olunur. Sırf "çox oxunur" deyə belə ağır mövzuların (təcavüz, qaçırılma) məsuliyyətsizcə işlənməsi cəmiyyətdə zorakılığın normal qəbul edilməsinə (normalizasiya) xidmət edir..​Doğrudur sənət və ədəbiyyat azad olmalıdır, amma xüsusilə gənclərə xitab edən əsərlərdə cinayət və zorakılıq "arzulanan bir şey" kimi təqdim edilməməlidir. Sevgi hörmət, etibar və təhlükəsizlik üzərində qurulmalıdır, qorxu və təhdid üzərində deyil..Ölkəmizdə heç kimə ziyanı olmayan, sadəcə içində LGBT fərdi olduğu üçün qadağan
Yabancı - ElyelÖznur Yıldırım · Pegasus Yayınları · 2023757 okunma