Gecəyarı Kitabxanası..
10/10
·352 syf.··
Beğendi
·
2025 186. kitabı
​"Hər kəsin öz 'Gecəyarısı Kitabxanası' var. O, bir çox həyatı, qəbul edilmiş və edilməmiş saysız-hesabsız qərarları ehtiva edən sonsuz bir yerdir. Bəzən həyatımızdakı bütün qapılar bağlandığı anda , kainat bizə ikinci şansı verir. Kitabı oxuyarkən anladım ki, əsl əzab, etmədiyimiz və ola biləcəyimiz həyatlara görə çəkdiyimiz peşmançılıq hissi imiş.. Bu kitab, bizə hər peşmançılığın sadəcə bir potensial gələcəyə açılan qapı olduğunu, lakin həyatın əsl mahiyyətinin indiki anda yaşamaqdan ibarət olduğunu xatırladır... 'Gecəyarısı Kitabxanası' mənə dərk etdirdi ki, mükəmməl həyat yoxdur, mükəmməl insan yoxdur..biz sadəcə olaraq öz kiçik həyatımızı bütün qüsurları ilə, bütün mümkün variantları ilə sevməyi öyrənməliyik.Və ən əsası, yaşamağa dəvam etmək üçün həmişə bir səbəb, hər an yenidən başlamaq üçün bir şans var...Bu kitab mənə ümidin qaranlıqdakı ən parlaq ulduz olduğunu sübut etdi. Və var olan ən yaxşı həyatın ele məhz öz yaşadığımız həyat olduğunu."... #mettheiqgecəyarısıkitabxanası
Gecəyarı KitabxanasıMatt Haig · Qanun Nəşriyyatı · 202498,2bin okunma
·
27 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.