Kitabı oxuyanda köhnə Azərbaycan filmlərini izləyərkən yaşadığım nostalji hissləri yaşadım. İlk öncə onu deyim, kitabın üz qabığı necə yaxşı görünürsə, içində yazılanlar da eyni ilə yaxşıdır. Romanda sevdiyim məqamlardan biri, əsas obrazı psixoloq Humayın Cəsura göstərdiyi kiçik cığır, Lalənin xilas yoluna çevrilən vacib yön oldu. Bu fragment romandan kiçik bir spoiler idi. Ümumilikdə psixoloqun yanına gələn üç pasiyentin hərəsinin özünə məxsus travması olur və bu onların zülmətdən çıxıb işıqlanmaları üçün etdikləri cəhdlərdən bəhs edilir. İnsanın əsl kimliyini qarşısına çıxan manelərin öhdəsindən gəlib gəlməməyi müəyyənləşdirir. Romandakı sevdiyim sözlər *Hərbiçinin sədaqəti, ordudan çox vicdanına xidmət edir*. *Bir cəmiyyətin gücü yalnız onun kişilərinin qüvvəsində deyil, onların insanlıq dəyərlərini necə mənimsəməsindədir*. *Həqiqət gizlənmir, sadəcə insanların onu görmək istəmədiyi yerdə dayanır*. Bu kitabın insana ümid bəxş edib, əzmkar olmağı aşılaması təqdirə layiqdir. Bahar BəxtiyarqızıƏslində Mən Kiməm
Əslində Mən KiməmBahar Bəxtiyarqızı · Kitabçı Nəşriyyat · 202512 okunma