·262 syf.··Beğendi
···Okunma: 06 Aralık 2025 20:31 İnsanın içindəki qaranlıq doğuşdanmı gəlir, yoxsa həyat bizi yavaş-yavaş canavarlaşdırır? Mən bu vaxta qədər bu suala tərəddüdsüz cavab verirdim: insan fitrətən safdır, gözəldir. Amma William Golding deyəsən biraz silkələdi məni, kitabı oxumağa başladığım gündən bu sualı düşünürəm. Elə məhz kitabda bu suala cavab verir…
O özü 2 ci dünya müharibəsinin iştirakçısı olub və bir “ insanın” digərinə nələr edə biləcəyinin canlı şahidi olub. Və ən faciəlisi isə bu vəhilikləri oxumuş-həkim, müəllim, hüquqşünas insanların etməsi idi. ”İnsanlar pisliyi arının bal istehsal etdiyi qədər təbii şəkildə istehsal edir.”
Elə sonrada düşüncələrini tökür bu kitaba
Bir qrup 6-12 yaşlı uşaq tənha adaya düşür və bu adada sivilizasiyanın, qanunun, dəyərin olmaması zamanla onların içindəki gizli tərəfləri üzə çıxarır. Golding insanı nə tamamilə mələk, nə də tam şeytan kimi görür. O deyir ki, insanın daxilində həm yaxşılıq, həm də vəhşilik toxumu var. Və bu toxumun hans tərəfə cücərdiləcəyi özümüz, cəmiyyət, məktəb və ailəmiz tərfindən müəyyən edir. Amma kitabda vurğulamağa çalışdığı bu toxumu cücərdəndə zorla yox, dərin mənəvi tərbiyəyə əsaslanmaqdırmaq lazımdır. Sadəcə qaydalarla qarşısı kəsilmiş hər bir güc kimi əks təsir olmasın deyə
Əks halda “atom dövrü uşaqları” öz böyüklərindən gördüklərini təkrar edir və fərqli nəticə vermirlər.
Kitabda diqqətimi ən çox çəkən simvolizmləri idi :
1. Meşənin “yarası”: Kitabın ilk səhifələrində “meşənin yarası” ifadəsi tez-tez keçir. Uşaqlar adaya düşməzdən öncə ada saf, toxunulmamış idi. İnsan ayağı dəyən kimi hər şey pozulur. Sanki meşənin qəlbində yara açılır, sanki cənnətə zərbə vurulur.
2. Ralphın corabı məsələsi:
Biz Ralp nümunəsində tez tez görürük ki, o gah corabını dizlərinə qədər çəkir başını qaldırıb meşəni İngiltərə kəndlərinə bənzədir, daha sonra qızmar boğucu gün olmağına baxmayaraq köynəyini geyinəndə bu hissi rahatlıq adlandır. Bu kiçik detallar sivilizasiyanın izlərini, “mədəni” keçmiş dünyasını simvolizə edir.
3. Ralph: qaydaların, rasionallığın, intizamın təmsilçisidir. Demokratiya, ümumi rifah üçün hərəkət edir
4. Piggy: ehh ehh, Piggy rasionallığın və elmin simvolu idi. Amma tarixin hər səhifəsin də olduğu kimi parlaq düşüncələr yenə müxtəlif şəkildə basılıb, susdurulmağa çalışılıb. Pigginin eynəyi özü də simvolikdir ( spolier olmasın deyə qeyd etmirəm) qısaca o, düşüncənin, məntiqi nizamın, “hisslə yox, ağıl ilə yaşamaq” ideyasının bədənə çevrilmiş formasıdır.
5. Jack bizim klassik Hitlerimizin balaca nümunəsi, qəddarlıq vəhşiliyin nümunəsi. Amma Jack də belə ümid işığı görmək olduğu halda onun dostu Roger 100% mənfi qəhrəman idi. Onlar instiktiv qədarlığı seçir, mədəniyyəti rədd edir, güc, qorxu və zor üzərindən hökmranlıq qururlar. Klassik Totalitar rejim
6. Simon- Simon kitabın ən saf obrazıdır. O, insanın içindəki doğuşdan gələn yaxşılığı təmsil edir. Bizim 100 faiz yaxşı obrazımız. Onun davranışlarında mistik, ruhani bir ton var.
Bəzi oxuduğum tənqidçilər onu İsa ilə müqayisə edir, amma dini yox, metaforik formada . Simon həqiqəti görür, amma cəmiyyət onu “dəli” damğası ilə susturur. Tanış mənzərə , real həyatın ən acı paralellərindən biridir.
7. Milçəklərin Tanrısı- bu isə qısaca Şeytanın özüdür. Simonla qarşılaşdıqda, onların söhbətində açılır məsələ. Simon adada tək şəxs idiki canavarın insanların içində olduğunu bilirdi, kim canavarı hansı gücdə qəbul edirdisə əslində instiktiv formada vəhşiliyə o qədər meyl edirdi .
Milçəklərin şeytanının dilindən ” Sizlerin bir parçası olduğumu biliyordun? Sizlere öyle yakın, öyle yakınım ki! Her şeyin bozum gitmesinin nedeniyim ben. Bunu biliyorsun değilmi?”
Məncə kitabım məğzini daha yaxşı anlamaq üçün müxtəlif güclər və onların mənbəyi haqqında danışmaq lazımdl. Weber bu gücün 3 formasınl verir:
1. Ənənəvi güc.
Nəsildən-nəsilə ötürülən, monarxik və köhnə strukturlara dayanan beləcə ötürülən güc.(bu kitabla əlaqəli deyil)
2. Rasional/normativ güc.
Qanunlara, institutlara, seçki və rəsmi prosedurlara əsaslanan güc. Ralphın liderliyi məhz buna uyğundur: qayda, sistem, ardıcıllıq. Dənizkabuğu vs. Seçki yolu ilə “şef” olması vs
3. Karizmatik güc.
Adından da göründüyü kimi, insanları özünə cəlb edən, ovsunlayan, motivasiya edən, tez-tez də manipulyasiya edən lider tipi. Tarixdə də ən yadda qalan liderlər məhz bu karizmatik liderlər olub)) İlk baxışda mən Ralphı karizmatik lider kimi görürdüm, amma oxuduqca aydın olur ki, bu kateqoriyaya tam uyğun gələn Jackdır.
Birdə son olaraq Jack sayəsində manipulasiya üsullarl öyrənmək olar kitabdan
• Qorxu üzərindən manipulyasiya və istismar.
Qorxu propagandası insanların rasional düşüncəsini zəiflədir. Ardınca birdən-birə ortaya “xilaskar qəhrəman” çıxır və təhlükəsizlik vəd edir.” Xarici düşmən “ obrazı yaradılır . Sonra lider ümidi təmsil edir və nəticədə insanlar düşünmək əvəzinə instinktiv reaksiya göstərirlər.
• Güclü “in-group/out-group” zehniyyəti yaratmaq.
Üzlərinə boya sürmələri, şənliklər, ritual xarakterli davranışlar bu qrup kimliyini möhkəmləndirir. Boya əxlaqi normalardan azad edən maska kimidir ; sanki “artıq daha heç nəyə cavabdeh deyilik” mesajı verir. Maskanın altında hər cür vəhşiliyi törətmək olur sanki.
• İnsanı instinktiv hərəkətə sövq etmək.
Jack Ralphı belə tələyə salır. Ən sadə, ən ucuz sualla: “Qorxursan?”Və nəticədə Ralp gücə dəyər verən bir cəmiyyətdə qorxaq görünmək riskini yaşamaq üçün irasional addımlar atır maraqlısı bu siyasətdə ən geniş istifadə edilən taktikadlr rəqibi rasional sahədən çıxarıb emosional və ya şəxsi sahəyə çəkib , yalnış nəsə söyləməyə , nüfuzunu sarsmağa cəhd etmək…
Qısaca mənə görə bu kitab sadəcə uşaq və ya macera hekayəsi deyildi, həqiqətən maraqlı, insan psixologiyasının içinə daxil olmağa imkan verən əsər idi. Əgər ruhumuzu, vicdanımızı diri tutmasaq, məsuliyyətlərimizdən boyun qaçırsaq Qoldinqin də dediyi kimi bu ibtidai , qəddar dünyaya çox asanlıqla düşə bilərik…