Gönderi

Kimdir dəli?
8/10
·88 syf.··
Beğendi
·
2025 10. kitabı
·
25 saatte okudu
·
Okunma: 09 Aralık 2025 00:00
Anton ÇehovAnton Çehov Altı Nömrəli PalataAltı Nömrəli Palata Spoiler var.. Sakit yazı tərzi ilə üsyankar mübarizə oyadan hekayə. Bir şəhərdə ruhi xəstəxanada çalışan həkim Andrey Yefimiçlə pasienti dəli İvan Qromovun söhbəti əsasında sağlam və ruhi xəstə arasındakı əqli sərhəd müzakirə olunur. Ətrafındakı sağlam insanlardan daha ağıllı saydığı 6 nömrəli palatadakı "dəli" İvan həkimi özü ilə üz-üzə qoyurdu. Söhbətə davam etdikcə kimin ağıllı, kimin dəli olduğu sualını düşünürdü. Kütləyə uyğunlaşan, vicdanını itirən, laqeyd biri ağıllıdır, yoxsa kütləyə uyğunlaşmadığı üçün xəstəxanaya həbs edilən, həqiqətləri görən biri? Zamanla artıq həkim öz içini yeməyə başlayır. İvanın üzünə vurduğu acı həqiqətləri qəbullanır. "İztiraba nifrət edirsiniz, amma barmağınız qapı arasında qalsa elə bağırarsınız ki, boğazınız yırtılar!" Həqiqətən də susduğu həyatı yaşayan həkim çox çəkmədən bu iztirabı qəbullanmadığını gördü. Çalışdığı 20 il ərzində necə olur ki, dəli dediklərinin çəkdiyi iztirabdan xəbərdar olmamış deyə özünə suallar verirdi, lakin özünü müqəssir saymadı. Çünki bu barədə heç nə bilmirdi. Amma gözətçinin bunları görərək, bilərək lal olmasını qəbullana bilmədi. Onu günahkar sayırdı. Sonda gəldiyi nəticə bu oldu ki, haqsızlığa göz yumursansa, mütləq bir gün səni də tapacaq. Az səhifə ilə dərin mesaj verən çox maraqlı hekayədir. Qısa olmasına baxmayaraq,  analizi geniş olacaq bir kitabdır. "Tövsiyəm" siyahısına daxil oldu. Xoş mütaliələr :)
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201887,2bin okunma
·
11 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.