"Bu nə şübhədir? Nə üçün insanlar bir-birindən qorxub hürkürlər? Məgər müsəlman olmaq ingilis, yaxud rus olmaqdan pisdirmi? Bütün isanları Allah yaratmayıbmı? Onlar hamısı təbiətin övladı deyilmi? Bəs bu ayrı-seçkilik nə deməkdir? Kim insanlar arasında ögey-doğmalıq salıb? Axı nə üçün səhərdən axşama qədər bir parça çörək üçün yollarda fayton sürən bu rus kəndlisi tanımadığı xalq haqqında belə danışır? Bu işlərdə müqəssir kimdir? Kim insanların beyninə bu zəhəri yeritmişdir? Bizim dərdimiz çox böyükdür.
Sayfa 114·Kitabı okudu
Hayat ve İnsan
Puan vermedi·136 syf.··
2025 18. kitabı
·
54 günde okudu
·
Okunma: 15 Aralık 2025 10:02
6 nömrəli palata – Anton Çexov “6 nömrəli palata” insan ağlının, cəmiyyətin və vicdanın sərhədlərini sorğulayan dərin psixoloji-fəlsəfi əsərdir. Hadisələr bir xəstəxananın psixiatriya palatasında cərəyan edir və burada ağıllı ilə dəli, normal ilə anormal anlayışları tədricən qarışmağa başlayır. Çexov bu əsərdə insanın laqeydliyi, gücsüzlüyü və düşüncələrinin onu hara aparacağı mövzularına toxunur. Sadə görünən dialoqların arxasında cəmiyyətə, sistemə və insan taleyinə yönəlmiş güclü suallar dayanır. Əsər oxucunu düşündürür: Dəli kimdir — cəmiyyətdən kənarda qalan, yoxsa baş verənlərə səssiz qalan? “6 nömrəli palata” qısa olsa da, təsiri uzun sürən, oxucunu öz düşüncələri ilə tək qoyan klassik əsərlərdən biridir.
1000Kitap
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,1bin okunma
Kimdir dəli?
8/10
·88 syf.··
Beğendi
·
2025 10. kitabı
·
25 saatte okudu
·
Okunma: 09 Aralık 2025 00:00
Anton Çehov
Anton Çehov
Altı Nömrəli Palata
Altı Nömrəli Palata
Spoiler var.. Sakit yazı tərzi ilə üsyankar mübarizə oyadan hekayə. Bir şəhərdə ruhi xəstəxanada çalışan həkim Andrey Yefimiçlə pasienti dəli İvan Qromovun söhbəti əsasında sağlam və ruhi xəstə arasındakı əqli sərhəd müzakirə olunur. Ətrafındakı sağlam insanlardan daha ağıllı saydığı 6 nömrəli palatadakı "dəli" İvan həkimi özü ilə üz-üzə qoyurdu. Söhbətə davam etdikcə kimin ağıllı, kimin dəli olduğu sualını düşünürdü. Kütləyə uyğunlaşan, vicdanını itirən, laqeyd biri ağıllıdır, yoxsa kütləyə uyğunlaşmadığı üçün xəstəxanaya həbs edilən, həqiqətləri görən biri? Zamanla artıq həkim öz içini yeməyə başlayır. İvanın üzünə vurduğu acı həqiqətləri qəbullanır. "İztiraba nifrət edirsiniz, amma barmağınız qapı arasında qalsa elə bağırarsınız ki, boğazınız yırtılar!" Həqiqətən də susduğu həyatı yaşayan həkim çox çəkmədən bu iztirabı qəbullanmadığını gördü. Çalışdığı 20 il ərzində necə olur ki, dəli dediklərinin çəkdiyi iztirabdan xəbərdar olmamış deyə özünə suallar verirdi, lakin özünü müqəssir saymadı. Çünki bu barədə heç nə bilmirdi. Amma gözətçinin bunları görərək, bilərək lal olmasını qəbullana bilmədi. Onu günahkar sayırdı. Sonda gəldiyi nəticə bu oldu ki, haqsızlığa göz yumursansa, mütləq bir gün səni də tapacaq. Az səhifə ilə dərin mesaj verən çox maraqlı hekayədir. Qısa olmasına baxmayaraq,  analizi geniş olacaq bir kitabdır. "Tövsiyəm" siyahısına daxil oldu. Xoş mütaliələr :)
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201887,1bin okunma
Nə üçün insanlar bir-birindən qorxub ürkürlər ? Məgər müsəlman olmaq ingilis, yaxud rus olmaqdan pisdirmi ? Bütün insanları Allah yaratmayıbmı ? Onlar hamısı təbiətin övladı deyilmi ? Bəs bu ayrı-seçkilik nə deməkdir ? Kim insanlar arasında ögey-doğmalıq salıb ? Bu işlərdə müqəssir kimdir ? Kim insanların beyninə bu zəhəri yeritmişdir ? Bizim dərdimiz çox böyükdür.
Sayfa 130·Kitabı okudu
Alıntı
Paulo Coelho ilə İnsan Ruhunun Qaranlıqlarına Səyahət
Puan vermedi
Paulo Coelho
Paulo Coelho
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar Verir
Paulo Coelho ilə tanışlığım, çoxları kimi məktəb illərində "Kimyagər"lə başlamışdı. O vaxtdan bəri yazarın axıcı, sadə, amma insanı dərindən düşündürən üslubunu
1000Kitap
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 2013102,2bin okunma