Puan vermedi·191 syf.····Okunma: 10 Aralık 2025 08:46 Ağlın Arxitekturası: Niyə Bəzi Canlılar Daha “Ağıllıdır”?
Daniel C. Dennet "Ağlın növləri"
Ağlımız varmı, ağlın növləri olduğunu bilirdinizmi...?!
Bizi digər canlılardan fərqləndirən əsas cəhət şüurumuzdur, amma bu canlılardada, şüur varsa, bizi fərqləndirən nədir...?!
Fəlsəfəçi Daniel Dennet ilə ağlın növlərini kəşf edib, bir ağlımız olduğuna necə əmin ola bilərik suallarına bərabər cavab tapacağıq.
Dennetdən oxuduğum ilk kitab idi.
Bəyəndim, Dennet'in kitablarını davamlı oxumağı fikirləşirəm. Terminlərin hədsiz çoxluğu yora bilər sizi, kitab səbir tələb edir.
Yazıçı vurğulayır ki, bəzi makromolekullar (DNT və RNT) münbit şəraitdə öz-özünü kopyala bilir və bu molekullar ağıllı deyillər, canlı da sayılmırlar.
İnsan ağlının və davranışını ən uzaq kökü, öz -özünü kopyalayan bu molekullardır.
Dennet bu can alıcı fərziyyəni vurğulayır:
"Bizim Ulu nənəmiz robotlardır"
Bir varlığın düşünməsi üçün müəyyən anlayışlara və bu anlayışlar sistemi arasındakı əlaqələrə sahib olması lazımdır. İnsanlar bunu asanlıqla edə bilir, bəs heyvanlar. Onlardamı, belə sistematik anlayışlara malikdir..?!
21-ci əsrə yaraşan bir düşüncə axını var kitabda:
Fəlsəfə, genetik biologiya, süni intellekt, robotika, neyrobiologiya və s.
Biz başqa insanların düşüncələrini bilsə idik nə olardı...?!
Bu sual mənə hal-hazırda izlədiyim "Plur1bus" serialını xatırlatdı.
Botlara duyğu sistemləri, düşünmə bacarığı yüklənsə, insan zehninə məxsus xüsusiyyətləri göstərə bilərlərmi..?!
Ən aktual mövzulardan biridir və texnologiyanın sürətli inkişafının bizi hara aparacağı sual altındadır.
özünü təkmilləşdirən, davamlı öyrənən, öz qərarlarını əsaslandıra bilən, dünya haqqında kompleks modellər quran ,süni zehinlər yaranmağı bəlkə uzaq gələcəkdə deyildir.
Süni ürək yaratmaq mümkün olduğu kimi, süni ağılda yaratmaq mümkündürmü...?!
Bu suala cavabı kitabı oxuduqca tapacaqsınız.
Əslində hər bir canlı "İnformasiyaya acdır" informasiya həyatda qalmaq üçün çox vacibdir.
İnsan beyninin üstünlüyü də buradan gəlir və ən böyük fərqlərdən də biridir bu:
biz təkcə informasiyanı qəbul etmirik, onu yenidən təşkil edir, mənalar qururuq, gələcəklə bağlı proqnozlar hazırlayırıq. Bu, heyvanlardada qismən mövcuddur, lakin bizdə çox daha inkişaf etmiş şəkildədir.
Dennet Ağlın təkamül mərhələrini izah edir:
Darwinçi canlılar, təbii seçmə yolu ilə formalaşır, bu canlıların davranışları doğuşdan hazır şəkildədir.
Skinnerçi canlılar, bu canlılarda davranışlar hazır şəkildə olmağı ilə yanaşı, həm də təcrübə ilə öyrənirlər.
Popperci canlılar bu canlılar "daxili model" quran canlılardır və səhvi real həyatda deyil, zehinlərində edirlər.
Gregorycı canlılar isə daxili modelləri mədəniyyət və alətlər tərəfindən zənginləşdirir. Gregorycı canlılar bizik.
Qısaca Dennet izah edir ki, ağlı izah etmək üçün möcüzələrə ehtiyac yoxdur.
Sadə mexanizmilər+ dil+mədəniyyət+alətlər= insan ağlı.
"Dil və söz " ağlın ən güclü alətləridir.
Ağıllı tasarımlama tarixində, dilin icadından daha yüksəldici, daha təsirli və daha önəmli bir addım yoxdur.
Şüurumuzun ən böyük üstünlüyü "Kimlik" barədə düşünə bilməyimizdir və bizim beynimiz özünü müşahidə edə bildiyi üçün səhvləri də görə bilirik.
Məncə, yenə gəlib eyni nəticəyə çıxırıq insan şüuru təkrarolunmazdır...