Gönderi

Alma qadağa mı yoxsa insanın azadlığa açar mı?
Puan vermedi·288 syf.··
2025 19. kitabı
Uşaqlıqda oynadığınız oyunları xatırlayın. Qaydalarını böyüklərin yox, özünüzün qoyduğu oyunları. Məntiqin qapıdan qovulduğu, saçmalığın qanun olduğu, hər şeyin gerçək sayıldığı bir dünya. Valideyn səsi gəlməsə, ordan çıxmaq istəmədiyiniz bir dünya. Romanın qəhrəmanı Aydın da məhz belə bir yer qurur. Yazdığı ssenarinin içində özünə bir kainat yaradır. Tanrısı özü olur, qaydaları özü yazır, günəşi də, kölgəni də özü paylayır. Amma pozulmuş zehnin yaratdığı heç bir dünya sağlam qala bilməz. Aydın getdikcə yaratdığı aləmlə gerçək dünya arasında ilişib qalır. Hansının yuxu, hansının həqiqət olduğunu ayırd edə bilmir. Çünki hər ikisi artıq eyni dərəcədə murdardır. Bu dünyada başqa biri də var: Vüqar. Aydının yaratdığı kainatda doğulan, amma onun qaranlığına boyun əyməyən biri. Vüqar bu dünyada sadəcə yaşamaq istəmir. O, hür olmaq istəyir. Və bu istək, Tanrısına qarşı açıq üsyana çevrilir. Paradoks buradadır: Aydın hür olmaq arzusu ilə çıxdığı yolda öz qaranlığına məhkum olur. Vüqar isə məhkum edildiyi qaranlığın içində hür olmaq üçün dirənir. Biri Tanrı ola-ola kölə olur. Digəri kölə ola-ola azadlığı seçir. Bu hekayə yaxşı ilə pisi ayırmır. Sadəcə göstərir: insan bəzən yaratdığı dünyanın altında qalır, bəzən də o dünyanın divarlarını yumruqları ilə dağıdır. Və ən qorxulu həbsxana həmişə insanın öz beyninin içində olur.
HürrXan · Teas Press · 202549 okunma
·
33 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.