Qaraqan
Ümumiyyətlə, axırıncı illər çox şey dəyişdi. Beynimdə, ətrafımdakı insanlara münasibətimdə... Böyük səhnədən, alqışlardan qaçıb hardasa başqa bir dünyada gizlənmək. Yenidən başlamaq və kənardan elədiklərimə baxmaq. Bu şəhərdən uzaqda, puldan, qaşqabaqlı piyadalardan... Tərtəmiz bir dünyada özünü dərk eləmək və sevgi, nifrət... bunların hamısını sevərək qəbul eləmək. Və bütün bunlar bir oyunun hissəsidir, ayrılmaz parçalarıdır. Yəqin ki, hər kəsin bir taleyi və borcu var. Tanrı qarşısında... Allah qarşısında bu yükü, bu məsuliyyəti hiss eləmək və bu xalq üçün yazmaq, nəsə axtarmaq və sonra nəsə tapmaq. Bunlar boş adamlar üçün gülməli gəlir, mənasız gəlir. Onları qınamaq olmaz. Musiqini hiss etmək və yazarkən keçirdiyin hissləri paylamaq. Yəqin ki, "Balı dəyərli edən təkcə dadı deyil, arıların onu necə əzab və əziyyətlə yığmasıdır".
Duygu ve Düşünce
·
1 +1'leme
·
398 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Can Qaraqan❤