Puan vermedi·519 syf.····Okunma: 14 Aralık 2025 22:25 Əsər bir qətllə başlayıb bu qətlin araşdırılması ilə davam etsə də bu müddət ərzində elmi məlumatlar əldə etmək üçün əla bir seçimdir. Xristianlıq dini ilə bağlı bəzi gerçəklər bu kitabda öz əksini tapmışdır.Baş rol tarixçi olduğundan hadisələr haqda daha geniş məlumat əldə edirik. Həmçinin kriptoqrafiya sahəsində təcrübəsi olan bir qadınla əlbir olub işləri araşdırması kriptoqrafiya ilə bağlı bəzi maraqlı məlumatları əldə etməyə kömək edir. Qəlib ardında böyük bir sirr gizlənmiş və bu sirr dünya tarixini dəyişmək üçün çox böyük sirr olur. Kilsə və onların düşmənləri arasında bu həqiqət uğrunda mübarizə gedir. Bu sirr kilsənin nüfuzuna xələl gətirə bilər. Hər kəsin axtardığı sirr uğrunda mübarizədə çox gözlənilməz hadisələr olur və sirr açılsa da hər kəsin gözlədiyindən fərqli bir sirr olur. Bir sözlə xristianlığın bəzi gerçəklərini öyrənmək üçün əla kitabdır. Müəllif hadisələrin gedişini çox gözəl təsvir edir və oxuduqca adam daha çox oxumaq istəyir.