Bu roman konkret bir süjet üzərində qurulmayıb. Hadisələr iki məkan arasında gedib-gəlir: biri adsız, ucqar bir kənd, digəri isə şəhərdəki bərbər dükanı. Kənddə insanlar səbəbi bilinmədən yoxa çıxır, sonra yenidən peyda olurlar; şəhərdəki bərbər dükanında isə yazıçı gördüyü, eşitdiyi hadisələri danışır. Və başa düşür ki, bunların hamısı xəyal içində xəyaldır.