Puan vermedi·160 syf.····Okunma: 17 Aralık 2025 23:50 Kitabı oxuduqca istər istəməz əsəbləşirdim həm Səriyyəyə həm Adilə . Adil tərəfdən də baxmaq istəyirdim olanlara amma heç birinə haqq verə bilmədim. Adilin çox davranışı biraz narsistlik idi sanki özləri üçün edirmiş kimi davranırdı amma əslində belə deyildi hər şey cəmiyyətin gözündə yaxşı görünmək üçün idi.Səriyyə isə tamamən fərqli düşünürdü Adilin işini bu qədər sevməsi ona niyə belə təsir edirdi anlamıram .Bəzi davranışları çox uşaqca idi onuda yaşına verirəm. Səriyyə Bütün dünya bunun ətrafında fırlanır , hər istədiyini eləməkdə haqqı varmış kimi hərəkət edirdi. Təbii ki, yaralı birinə kömək etməkdə haqlı idi amma sonrasına haqq qazandıra bilmirəm. Köhnə düşüncə kimi gəlsədə əgər istiyərək biri ilə həyatını birləşdirisənsə bununda bir qayda qanunu olmalıdır . Bəzi qərarları qəbul edərkən Səriyyə bunları azadlıq olaraq görür amma məncə bu azadlıq deyil.
Fikirlərimi biraz dağınıq ifadə eləmiş ola bilərəm. Kitabı bəyəndim yenə də.