·133 syf.··Beğendi
···Okunma: 17 Aralık 2025 22:59 Hadisələr gələcəyin depressiya içində boğulan bir şəhərində baş verir. Kitabın baş obrazları "İntihar dükanı" işlədərək insanlara öz həyatlarına ən uyğun şəkildə son qoymaları üçün müxtəlif vasitələr satan bir ailədir. Ailənin üzvləri - ana, ata, oğul və qız pessimist insanlardır. Kiçik oğul Alan isə tamamilə fərqli, həyatı sevən, hər şeydə gözəllik axtaran, ümidli bir uşaqdır. Bu isə ailədə nəsillər boyu görülməmiş bir şeydir. Zaman keçdikcə Alanın həyat eşqi ailəyə və şəhərə də təsir etməyə başlayır.
Kitabı ümumilikdə sevdim. Qara yumoru əsərdə yazıçı çox gözəl şəkildə əks etdirib. Sevmədiyim bir şey kitabın sonlara yaxın çox sürətli şəkildə davam etməsidir.