·308 syf.····Okunma: 18 Aralık 2025 10:05 Atsızın oxuduğum ilk əsəridir.
"Mitoloji, türkçülük fikirləri yox dərəcəsindədir. Kitabın sonu qarışıq bitir. Ayşə obrazı üzərindən daha mübarizəkar bir hekayə ortaya çıxa bilərdi. Amma Səlim kimi beynini sadəcə bir fikirlə doldurmuş, dinləməyi bacarmayan birinin yol xəttinin yazılmasını bəyənmədim. Hərb sənətindən, fikirlərə sədaqətdən bəhs edən birinin şəxsi həyatında sədaqəti bilməməsini necə adlandırmaq olar?
Kitaba başlamazdan öncə adını və tərifini bu qədər çox eşitdiyim yazıçıdan daha böyük gözləntilərim vardı. Sadəcə hərbidən danışaraq və bəzən də tarixi şəxsiyyətlərin adlarını səsləndirməklə bir nəticəyə gəlmək olmaz. Mənə görə bu roman özünü bəyənmiş birinin sədaqətsizlik, iradəsizliyinin təcəssümüdür."
Bunlar kitabı bitirdikdən dərhal sonra yazdıqlarımdır. Lakin düşündükcə əslində kitabın yaratmaq istədiyi hissin bu olduğu fikrinə gəldim. Roman bizə ideal birini təqdim etmir, özünü ideal hesab edən, eqolu, bir ideologiyaya gözləri bağlı şəkildə bağlanan, hər hansı fikri yarğılamaqdan, qərar verməkdən qaçan biri ilə bizi qarşılaşdırır. Səlim özünü çox güclü hesab etsə belə, zaman onun zəif xarakterli olduğunu sübut edir. Bu zəifliyin səbəb olduqlarında özündə günah görməyən, özünü qurban elan edən biri var. Mənə görə isə burada qurban Ayşə və Tosundur. Özünü hərkəsdən üstün sayan, heç kimi bəyənməyən Səlim bir ideologiya üçün hər kəsin həyatını məhv apara bilir. Ancaq ən çətin günündə onu tərk etməyənlərə qarşı mərhəmətli, anlayışlı olmağı bacarmır. Bunu da əvvəldən belə olmasına bağlayaraq unudur. Mənə narsist bir insan olaraq görünən Səlim davranışları ilə həyatında ona inanan, düşünən tək insanı da məhv edir.
Romanda ruhi vəziyyətlər, fərqli dünyalar maraqlı gələ bilər. Sona yaxın hissədə müəyyən qəhrəmanların varlığı, səhvlərinin Səlimin üzünə vurulması isə bəyəndiyim hissələrdən biridir. Lakin sonluq bir az qarışıq gəldi. Bəlkə də zamanla onu da anlayaram) ...