·156 syf.····Okunma: 26 Aralık 2025 17:14 Son zamanlar sanki özümün yaratdığı zehni bir qəfəs içindəyəm kimi hiss edirdim. Dünən də "Memoir of a Snail" animasiyasını izlədikdən sonra zətan fərqində olduğum bir şeyin daha parladığını sezdim.
Əslində bu kitabın mənə bu cəhətdən toxunacağını öncədən düşünməmişdim və bu fərqindəliklə başlamağım yerində oldu. Çünki Spinoza insanı sıxan şeyin çox vaxt şəraitin özü deyil, həmin şəraiti zehində mütləqləşdirmə biçimi olduğunu göstərir.
Bu aralar “Əvvəllər belə deyildim” cümləsini çox təkrar edirəm. Bunu deyərkən ortada xarakter dəyişimini yox, şərait fərqi faktoru olmasını unutmamalı və özümü günahlandırmamalıyam. Tələbə olduğum dövrdə ailəmin maddi dəstəyi sayəsində dolanışıq qayğısı yaşamırdım; universitet mühitində kimliyimi müdafiə etməyə, başqalarının nə düşündüyünü düşünməyə ehtiyac yox idi. İşə başladıqdan sonra isə pul və nüfuz abstrakt anlayışlar olmaqdan çıxıb zərurətə çevrildi.
Buradakı problem işləmək və ya cəmiyyətdə yer tutmaq deyil; bunların zehinin mərkəzinə yerləşməsidir. Spinozanın “ağlın islahı” dediyi şey zərurətləri rədd etmək yox, onları doğru yerə qoymaqdır.
Hələ kitabın yarısında belə deyiləm, ama düşüncələrimin iplərini yenidən əlimə almağa kömək etməsini umuram...