Gönderi

“İtirilmiş Simvol: Sirr, Düşüncə və İnsan Şüuru”
10/10
·652 syf.··
Beğendi
·
2025 6. kitabı
·
26 günde okudu
·
Okunma: 23 Aralık 2025 01:35
Roman boyunca din, metafora və doqma anlayışları bir-birinə toxunur. Müəllif açıq şəkildə göstərir ki, problem inamın özündə yox, onun sorğulanmadan qəbul edilməsindədir. Simvollar burada gizlətmək üçün yox, düşündürmək üçün qoyulub. Dan Brown bu dəfə sirri yalnız tarixdə və sənətdə deyil, həm də insan şüurunda axtarır. Kitabda Noetika Elmi ilə bağlı fikirlər diqqət çəkir: insanın düşüncəsi və ideyalarının dünyaya təsiri, onların ölçülməsi və gücü haqqında maraqlı araşdırmalar təqdim olunur. Oxucu görür ki, fikir sadəcə bir düşüncə deyil, bəzən insan həyatını və hətta dünyanı dəyişə biləcək potensiala malikdir. Kitab boyunca simvollar, şifrələmə üsulları (Sezar şifrəsi və s.) və mistik elementlər oxucunu düşünməyə və sirrin ardınca sürüklənməyə çağırır. Xüsusilə Mysterious Hand kimi elementlər kitabın mistik atmosferini gücləndirir, sirri daha da cəlbedici edir. Oxucu olaraq ən maraqlı olan sirrin özü deyil, ona yüklənən gözlənti və düşüncə səyahətidir. Həyəcan və maraq kitab boyunca artır, amma həqiqət çox vaxt sadədir, onu mürəkkəbləşdirən bizik. Kitab sürətli oxunur, araşdırmağa və düşünməyə sövq edir. Düşünməyi sevənlər üçün mütləq oxunması tövsiyə olunur. Dan Brown
İtirilmiş SimvolDan Brown · Qanun Yayınevi · 201620,3bin okunma
·
31 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.