Sabahattin Ali’nin Bütün Şiirləri kitabını oxuyanda insanın içində qəribə bir səssizlik yaranır. Elə bil kimsə sənin deməyə söz tapmadığın hissləri səndən əvvəl düşünüb yazıb. Bu şeirlər qışqırmır, diqqət çəkməyə çalışmır. Sadəcə sakitcə yanına oturur və susaraq danışır.
Bu kitabda sevgi çox vaxt xoşbəxtlik deyil. Daha çox yarımçıq qalmaqdır, gözləməkdir, içinə demədiyin sözləri yığmaqdır. Kədər də dramatik deyil — yorğun bir kədərdir. Sabahattin Ali şeirlərində insanın təkliyini romantikləşdirmir, olduğu kimi göstərir. Bəzən bir misra oxuyursan və anlayırsan ki, bu hissi sən də yaşamısan, sadəcə heç vaxt bu cür deyə bilməmisən.
Onun şeirlərində dağlar, yol, gecə, gurbet — hamısı bir hiss halıdır. Sanki şair özü də həyatdan çox şey gözləmir, sadəcə anlaşılsın istəyir.