·436 syf.····Okunma: 25 Aralık 2025 19:19 Bu gün Wulf Dornun “Fobiya” kitabını oxudum. Kitab məni ilk səhifələrdən psixoloji gərginliyin içinə çəkdi. Ən çox xoşuma gələn cəhət odur ki, qorxu təkcə xarici təhlükə kimi yox, insanın öz beynində yaratdığı bir labirint kimi təqdim olunur. Hadisələr irəlilədikcə anlayırsan ki, əsl fobiya qaranlıq otaqlar, yüksəkliklər və ya səslər deyil insanın keçmişi və şüuraltısıdır.
Müəllif insan psixologiyasını çox incə işləyir, oxucu olaraq bəzən özünü qəhrəmanın yerində hiss edirsən, bəzən də onunla birlikdə şübhələnirsən. Kitab mənə göstərdi ki, qorxularla üzləşmədikcə onlar səni səssizcə idarə edir. “Fobiya” sadəcə triller deyil, eyni zamanda insanın daxili qorxularına güzgü tutan bir əsərdir.
Oxuduqdan sonra insan istər-istəməz düşünür:
Bəlkə də ən təhlükəli qorxu, adını qoya bilmədiyimiz qorxudur.