Gönderi

7/10
·1062 syf.··
2025 38. kitabı
·
24 günde okudu
·
Okunma: 27 Aralık 2025 23:54
Anna Karenina insanın daxili ziddiyyətlərini və cəmiyyətlə toqquşmasını göstərən bir romandır. Anna sevgisiz bir həyatın içində sıxılır və sevdiyini seçməklə cəmiyyətin sərt qaydalarına qarşı çıxır. Onun faciəsi təkcə etdiyi seçimlərdə deyil, bu seçimlərin onu getdikcə təkliyə sürükləməsindədir. Tolstoy Annanın hekayəsi ilə yanaşı, Levin obrazı vasitəsilə həyatın mənası, vicdan və sadə xoşbəxtlik anlayışlarını da araşdırır. Bu iki xətt biri faciə, digəri isə sakit axtarış olan iki fərqli həyat yolunu göstərir. Buna baxmayaraq, Annanın bəzi davranışlarını anlaya bilmədim; həqiqətən də onun niyə bu qədər özünü tükətdiyini və çıxış yolu görmədiyini dərk etmək mənim üçün çətin oldu. Roman sevginin romantik bir xilas olmadığını, insanı həm yüksəldə, həm də məhv edə biləcəyini göstərir və oxucunu mühakimə etməkdən çox düşünməyə vadar edir.
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,5bin okunma
·
53 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.