Ceyn Eyr mənim üçün sadəcə bir kitab deyil, bir dikbaşlıq dastanına çevrildi.
Ən çox təsir edən nə oldu bilirsiz? Onun Roçesterə olan sevgisi yox, öz ləyaqətinə olan sadiqliyi. ''Getsəm öləcəm, qalsam yox olacam'' dediyi o fırtınalı gecədə, tək-tənha yola çıxmaq üçün sarsılmaz bir iradə lazımdır. Ceyn sübut etdi ki, dünya səni nə qədər kənara itələsə də, ruhun azaddırsa sən hamıdan ucasan. O, qalib gəldi amma döyüşərək yox, sadəcə özü olaraq.