"Bəyaz Gecələr”i oxuyarkən anladım ki, bəzi insanlar başqasının sevgisini öz yaralarını sağaltmaq üçün istifadə edir. Nastenka baş obraza aşiq olduğu üçün yox, sevdiyini unutmaq üçün ona sığındı. Məncə, o oğlan beş gün sonra da gəlsəydi, yenə seçiləcəkdi. Axırdakı məktub isə vicdanı sakitləşdirməkdən başqa bir şey deyildi.
Kitabın mənə dərsi sadədir: birindən sevgi gördün deyə özünü tam həsr etmə. Çünki heç kim özündən daha dəyərli deyil.