Puan vermedi·303 syf.··
2025 19. kitabı
·
1 saatte okudu
·
Okunma: 28 Aralık 2025 23:58
Salam, bu gün sizinlə Albert Camusun "Taun" romanının təhlilini bölüşəcəyəm. Əsər fəlsəfi roman janrında yazılmışdır. Əsərdə ölümün absurdluğu, bir nəfər öləndə faciə saydığımız şeyin, hər hansısa virus təbii fəlakəti qarşısında insanların ölümünün sadəcə statistika, rəqəmlərdən ibarət olduğu göstərir. Absurd həyat, insanların fərqli baxış bucaqları, kollektiv məsuliyyət kimi ünsürlər əsərdə çox real şəkildə işlənmişdir. Əsərdə hadisələr Oran şəhərində baş verir. “Taun” əsəri Oran şəhərində qəfil yayılan epidemiyadan bəhs edir. Şəhər karantinə alınır, insanlar sevdiklərindən ayrı düşür, ölüm gündəlik həyatın bir parçasına çevrilir. Roman hadisələrdən çox insanların bu fəlakətə olan mənəvi reaksiyalarını göstərir. Bəziləri ölümü sakitcə qəbul edir, bəziləri isə bu fəlakətdən insanları xilas etmək üçün yol axtarır. Camus taunu təkcə xəstəlik hesab etmir. Taun əsərdə müharibə, faşizm, biganəlik, insanın insana laqeydliyi kimi bütün kollektiv bəlaların simvolu kimi verilib. İndi isə əsərdəki bəzi obrazlar haqqında olan fikirlərimə gələk: Dr. Bernard Rieux obrazı əsərdə əsas olanda verilən obrazlardan biridir. Rieux həkimdir. Əvvəldən bu bəlaya çarə tapmaq üçün çalışır. Rasional biridir, insanları aldatmaq istəmir, mərhəmətlidir, insanları qorumağa, xilas etməyə çalışır. Ümidə deyil, məsuliyyətə inanır, buna görə də daim işinə köklənib insanları xilas etmək üçün çalışır. Əsərdə ən sevdiyim obrazlardan biri də Tarrou obrazı oldu. Bu obrazda bir növ özümü gördüm. Dərin düşüncəli, müşahidəçi bir obrazdır. Humanist, idealist, mərhəmətli biridir. Günah anlayışı ilə daxili mübarizə apardığını əsər boyu görürük. Paneloux əsərin əsas dindar obrazıdır. Virus zamanı qara kütlənin idarə olunmasında onun rolu böyük olur. Dini inancını sarsıtmamaq üçün kor-koranə ölümü qəbul edir. Taunu əvvəlcə Tanrının cəzası kimi görür. Əsəri çox bəyəndim. Əslində, bu əsər haqqında daha çox yazmaq olar, sadəcə burda yekunlaşdırıram. Əslində, roman bir az ağır oxunurdu. Amma bir gündə bitirdim. Həmçinin, oxuyanda korona virusun yayıldığı zamanları da əsər xatırladırdı. Qiymətləndirmə: 8/10
VebaAlbert Camus · Can Yayınları · 202024,6bin okunma
·
8 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.