Gönderi

4/10
·460 syf.··
2026 1. kitabı
·
12 günde okudu
·
Okunma: 05 Ocak 2026 18:40
Kitab əmisi qızı və arvadı olan Rüyanın evden qısa bir not yazaraq qaçması ilə başlayır. İstanbul küçələrində onu axtarmağa başlayan ər, eyni zamanda yenə qohumu olan ve qəzetdə gündəlik köşe yazıları yazan Cəlalın da ortalıqda olmadığını görür və arvadı ilə qaçdığını düşünərək onun yazılarında ipucları axtarmağa başlayır ki arvadını tapsın. Bu köşe yazılarını da romanın içinə daxil edən Pamuk eyni zamanda Qalibin (ər) qarşısına çıxan adamların danışdığı əlaqəsiz hekayələri və İstanbula aid bəzi yerlərin tarixini də xəsislik etməyərək romana əlavə edir və kitab olur həftəbecər. Amma heç olmasa o turşuda müəyyən bir uyğunluq və dad çaları var, bu kitabda o da olmadığından Pamuk uğursuz romanını lap da qarışıq hala getirerek heç olmasa siz başa düşmədiniz deyərək qurtulmağa çalışır. Təssüf ki bir çox naşı oxuyucu da bu tələyə düşür. Kitabı olduqca uğursuz hesab edirəm, sadəcə alınmayıb. Bu Orhan Pamukdan oxuduğum sayca dördüncü kitab idi. Bunla da bu yazara ( qabiliyyəti müqabilində ) layiqindən çox şans verdiyimi düşünürəm və kifayətdir deyirəm.
Kara KitapOrhan Pamuk · Yapı Kredi Yayınları · 202511,6bin okunma
·
55 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.