Gönderi

Puan vermedi·344 syf.··
2026 1. kitabı
Xoşbəxtlik və bədbəxtlik şans deyil, bir seçimdir, əslində. Bizdən, öz daxilimizdən kənarda hər nə varsa, o yalnız keçici olan hislərimizə yuva ola bilir. Müddəti bitdikdən sonra isə öz təsirini itirir. Bir sözlə, maddi qazandıqlarımızla "Xoşbəxt" olmuruq, ancaq "xoşbəxt" hiss edə bilirik. Bu da müvəqqətidir. Əsl xoşbəxtlik isə kənarda yox öz içimizdə yaranır. Əlbəttə, bu bir əziyyət və özdisiplin tələb edir. Mənim kitabdan çıxarışım, gəldiyim nəticə və mənə açdığı pəncərə bu fikirlər oldu, amma hər oxuyan üçün bu əminəm ki fərqli olacaq, çünki öz üzərində işləmək üçün ideal bir kitabdır deyə bilərəm. Kitabın sadə, axıcı dili onu çox rahat dərk etməyə və öz həyatına nələrisə asanlıqla qatmağa imkan verir. Həyatımızın müəyyən dönəmlərində belə kitablar oxumalıyıq mütləq, çünki fikirlərin, düşüncələrin zehnimizdə yuva etmədən öncə senzuradan, "ələkdən" keçməsi həyata doğu yanaşmamız üçün çox önəmlidir. #motivasiyakitabları silsiləsindən sevərək oxduğum bir kitab oldu. #tövsiyyədir
Edebiyat
Pozitiv Düşün Pozitiv YaşaVex King · Ali ve Nino Yayınevi · 0375 okunma
·
4 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.