Gönderi

İnsan Nə İlə Yaşayır?
Puan vermedi·80 syf.··
2025 16. kitabı
İnsan Nə İlə Yaşayır? Lev Tolstoy Lev Tolstoyun İnsan nə ilə yaşar əsəri insan həyatının mənəvi mahiyyətini sadə, lakin dərin məna ilə oxucuya çatdıran fəlsəfi bir hekayədir. Əsərdə əsas sual insanın həqiqətən nə ilə yaşadığıdır: maddi ehtiyaclarla, yoxsa sevgi və mərhəmətlə? Tolstoy bu suala cavabı adi insanların taleyi üzərindən verir. Baş qəhrəmanlar vasitəsilə insanın yalnız özü üçün deyil, başqaları üçün yaşadıqda kamilləşdiyi göstərilir. Əsərin mərkəzində sevgi, bağışlama və mərhəmət dayanır. Yazıçı sübut edir ki, insanı yaşadan əsas qüvvə qorxu və ya sərvət deyil, başqasına duyulan sevgidir. Dilinin sadəliyi və hadisələrin səmimiliyi oxucunun əsərlə asan bağ qurmasına imkan yaradır. İnsan nə ilə yaşar oxucunu düşünməyə vadar edən, mənəvi dəyərləri ön plana çıxaran və insan olmağın əsl mənasını xatırladan dəyərli bir əsərdir.
İnsan Nə İlə Yaşayır?Lev Tolstoy · Qanun Nəşriyyatı · 2020234bin okunma
·
11 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.