Gönderi

Puan vermedi·180 syf.··
2026 2. kitabı
Türk yazıçı Orxan Kamal bu əsərdə bir tərəfdən yoxsulluğu gözəl təsvir edir, digər tərəfdən varlılar dünyasını istehzalı üslubla tənqid edir. Əsər 2 qardaşdan bəhs edir, biri İstanbula tibb fakultəsində oxumağa gəlib, digəri futbolçu olmağa. Müəllif kasıbların həyatından yazmağı belə izah edir: “Yaxından tanıdığım insanlar kasıb-kusubdur, varlıların həyatını bilmirəm, ona görə də kasıbların həyatını yazıram”. 1940-cı ildə Bursa həbsxanasında O. Kamal Nazim Hikmətlə bir yerdə olub. Həmin zamanlar müəllif şer yazmağa həvəsliymiş. Hər dəfə yazdığı şerləri Nazıma aparıb, o da üstdən xətt çəkib geri qaytarırmış. Bir gün Orhan hekayə yazıb, bir neçə gün Nazımın gözünə görünməyib. Nazım onu görəndə deyib ki, bundan sonra hekayə yaz və beləcə müəllif dövrün məşhur yazıçısı olub. O, bu barədə “Nazım Hikmetlə üç il yarım” bioqrafik əsərində yazıb.
Yüz KarasıOrhan Kemal · Everest Yayınları · 2015188 okunma
13 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.