Puan vermedi·192 syf.··
2026 1. kitabı
·
64 günde okudu
·
Okunma: 23 Ocak 2026 01:43
Bundan gözəl izah ola bilməzdi..Həqiqətən də sevgi izah edilə bilmir,hiss olunur.Qaydalara tabe olmur, sözlərlə izah edilə bilməyən ruhbağlılığıdır sevgi mənə görə (Bu, tərcüməyə və izaha ehtiyacı olmayan, – ki, sonsuzluğa doğru gedən Kainat da bunlara ehtiyac duymadığı kimi, – saf və anlaşılan bir dil idi. Santyaqo həmin an yalnız bir şeyi anladı: öz adaxlısının qarşısında dayanıb və qız da sözsüz bunu başa düşməlidir. O, hətta valideynlərinin kim olduğuna tərəddüd edərdi, amma bunun belə olacağına tamamilə əmin idi. Düzdür, valideynləri yəqin deyəcəkdilər ki, əvvəlcə sevmək, sonra nişanlanmaq, qızı bir insan kimi yaxından tanımaq, pul toplamaq və bütün bunlardan sonra evlənmək lazımdır. Amma bu cür məsləhət verən adam Ümumi Dili bilmir, zira bu dilə baş vuranda aydın olur ki, səhranın ortasındamı, yoxsa böyük şəhərdəmi, fərqi yoxdur – həmişə bir insan digərini axtarır və gözləyir. Bu iki nəfərin yolları kəsişəndə, gözləri baxışanda keçmiş də, gələcək də öz mənasını itirir, yalnız bircə o an, o dəqiqə mövcud olur və dünyadakı hər şeyin bir əllə yazıldığına inanırsan. Bu əl qəlbində məhəbbət yaradır və sənin üçün əkiz ruhu axtarır; işlədiyindən, dincəldiyindən, yaxud xəzinə axtardığından asılı olmayaraq, bu hər kəs üçün belədir. Yoxsa insan nəslini ağuşuna almış arzuların heç bir mənası olmazdı.)
SimyacıPaulo Coelho · Can Yayınları · 2024246,8bin okunma
·
9 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.