·70 syf.····Okunma: 10 Ocak 2026 18:44 Bu il biraz klassiklərdən uzaqlaşmağa çalışıram bacardığım qədər, hədəfim yeni nələrsə öyrənəcəyim kitablar oxumaqdır. Məncə ilin ilk kitabı üçün uğursuz seçim sayılmaz.
Socrat barədə bəsit məlumatlarım var idi, bu kitab həmin məlumatları təzələdi. Filosof haqqında biraz daha dərin məlumatlar aldım. Amma yenə də fəlsəfi kitab saymaq olmaz. Kitab sadəcə ilk pilləkan mahiyyəti daşıyır, maraqlı gəlirsə, davam etməlisən. Düşünürəm, ziddiyyətli filosof olan Socrat üçün kitab kifayətə yaxın ola bilər. Daha dərin məlumatı isə Platonun əsərlərindən almaq olar.