Puan vermedi·517 syf.··
2026 2. kitabı
Bu kitabı ilk dəfə, bundan təxminən 9 il əvvəl, haradasa 13-14 yaşlarımda oxumuşdum. Lakin 1000kitab'a əlavə etmədən öncə, təkrardan oxumaq istədim. Doğurdanda bəzi kitabları müxtəlif yaş dövrlərində yenidən oxuyanda, fərqli mənalar çıxarmaq mümkündür. “Martin İden”-də o əsərlərdən biridir. Bu əsər yalnızca bir roman deyil, həmçinin insanlar üçün bir növ ədəbi rəhbərdi. Mənim ən sevdiyim əsər tiplərindən biri də, əsərin içindən başqa əsərlər çıxaranlardır. Məsələn siz Martin İden'i oxuyarkən, kitab irəllədikcə, C. Swinburne, H. W. Longfellow, Robert Browning, R. Kipling, Karl Max, İmmanual Kant, F. Nietzsche, John Stuart Mill, Richard Wagner, Herbert Spencer və s. Kimi filosof, yazıçı və şairlərin həyatı və əsərləri ilə yaxından tanış olursunuz. Mən özüm bu kitabı oxuduqdan sonra, “oxuyacaqlarım” siyahısına 12 yeni kitab daha əlavə etdim. Biz sanki romanı oxuduqca Martinlə birlikdə öyrənir, böyüyür, dəyişir və inkişaf edirik. Əsərin özü haqqında isə çox danışmağa gərək yoxdur, böyük ehtimal bir çoxunuz mövzusunu bilirsiz və ya da oxumusunuz. Oxuyub, bilməsəniz də, mütləq ki, haradasa eşitmisiniz. Sizə tövsiyyəm Martin İden'ə əsla adi bir “sevgi romanı” deyib keçməməyinizdir. Bu əsər hər hansısa bir qəlibə sığmayacaq qədər möhtəşəm və sərhədsiz bir əsərdir. Sadəcə oxuyun və oxutdurun...
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135bin okunma
23 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.