Puan vermedi·264 syf.····Okunma: 24 Aralık 2025 12:56 Manifest — Sözlə Başlayan Mübarizə.
Mir Cəlal "Bir Gəncin Manifesti"
Roman Azərbaycandakı vətəndaş müharibəsinə həsr olunub, insan taleləri ön plandadır.
Mir Cəlal insanı insan edənlə, onu qəddarlaşdıran amilləri üz-üzə qoyur və oxucunu narahat edən sualı səssizcə verir: insan, insana bunu edərmi?
Qəddarlıq, biganəlik insanın xislətidir.
Roman, 1938-ci ildə yazılıb, amma o dövr üçün aktual olan mövzular bu günümüz üçündə aktualdır.
Mir Cəlal romanda ümidimiz, pənahımız Lenin deyir, bizim yolumuz qırmızı Rusiyadır deyir.
AXC-müsavat hakimiyyətinin insafsızca tənqidi, tarixin təhrif olunmağı sovet narrativinin ədəbiyyata köçürülmüş formasıdır.
Romanda Erməni Suren obrazı vardı, romanın baş qəhrəmanı Mərdan ilə Surenin qardaşlıq kağızı vardı.
Bu yerdə Əkrəm Əylislinin "Daş yuxular" romanı yada düşür)))
Romanda azadlığa çağırış motivləri güclüdür. Artıq yuxarı zümrənin zülümündən bezən insanlar inqilab edir. Amma bir asılılıqdan qurtulub, digərini çağırırlar "Sovet İmperiyası".
Sovet Rusiyasından bizə miras qalanlar sirr deyil.
Mir Cəlal həqiqəti mətnin alt-qatlarında danışırdı.
Mir Cəlal elmin-təhsilin rolunu vurğulayır, cəhalət insanı asanlıqla ideologiyaların alətinə çevirir. Insan talelərini təsirli bir dillə çatdırıb yaziçi, xüsusilə Baharın taleyi insanı sarsır. İdeologiyalar dəyişə bilər, bayraqlar enib-qalxa bilər, lakin tapdalanan vicdan, susdurulan düşüncə və dağılan talelər dəyişməz qalır.
"Bir gəncin manifesti" oxuyub, düşünməli olduğumuz bir romandır, biz düşünürükmü, yoxsa bizə düşünülənləri qəbul edirik?